19 noyabr 2016-cı il tarixində Bütöv Azərbaycaq Ocaqları (BAO) Qurultay səlahiyyətli Ümumi Yığıncaq keçirəcək. Bu gün təşkilatın ümumi toplantısında bu haqda yekun qərar qəbul edilib. Toplantıda təşkilatın idarəetmə orqanları Ümumi Yığıncağa qədər buraxılıb. Bu orqanların səlahiyyətlərini həmin dövrdə 7 nəfərlik təşkilat komitəsi yerinə yetirəcək..
Qeyd edək ki, 19 noyabr 2016-cı il tarixində BAO-nun yaranmasının 5 ili tamam olur. Ümumi Yığıcaqda BAO-nun Nizamnamə və Məramnaməsi qəbul olunacaq, yeni Mərkəzi Şura (MŞ) və Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) formalaşdırılacaq və növbəti dövr üçün təşkilatın başqanı seçiləcək.
BAO İnformasiya xidməti.
12.11.2016.