BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Vətənimizi ayətullalara satmağa hazır olan bəzi binamuslarımız

22:52 / 23-11-2015   /   baxış - 1084
Rusiya və İranın gerçək niyyətləri artıq üzə çıxmaqdadır. Dini ayrı, dili ayrı, yaşam tərzləri ayrı, siyasi rejimləri ayrı, ancaq siyasətləri bir əsrdir qardaşlıq üzərində qurulan bu iki dövlətin birliyinin zülmünü həmişə biz türklər çəkməkdəyik. İndi buyurub Vətənimizi ayətullalara satmağa hazır olan bəzi binamuslarımız bizi İrana qarşı qərəzdə suçlasınlar. Məgər görmürsünüz ki, Əsəd adlanan qatilin artıq ordusu qalmayıb? 
 
Bu ordu hər cür müsəlman qətliamına hazır İranlılardan başqası deyil ki... İŞİD-ə qarşı mübarizə apardıqlarını bəyan etsələr də, Rusiya havadan, İran gücləri də qurudan İŞİD-i bir tərəfə buraxıb Suriyadakı türkmənləri qətlə yetirməyə başlayıblar. Tarixə bir də nəzər salın, Səttarxan hərəkatını da fars dinçiləri ilə rus kazakları birlikdə dağıtdılar və onları birlikdə güllələdilər. Xiyabanini də yenə də eyni qüvvələr küçənin ortasında güllələdilər. Pişəvəri hərəkatını da ruslar və farslar birlikdə məhv etdilər. Bu dəfə isə türkmənləri öldürənlərin arasında çox sayda Xomeyni ideologiyası ilə zəhərlənmiş bioloji varlıq nöqteyi nəzərindən bizim sayılan türklər var. 
 
Türkmən qətliamına qarşı Türkiyənin səylərini birmənalı olaraq dəstəkləyirəm və çox istərdim ki, Azərbaycan da rəsmi səviyyədə bu qətliama münasibət bildirsin. Bununla yanaşı bir gerçəyi də Azərbaycan hakimiyyətinin və cəmiyyətinin diqqətinə çatdırmaq istəyirəm. Bizim müstəqilliyimiz üçün bir gün gələcək ən ciddi təhlükə Rusiya -İran birliyi ola bilər. Bu birlik artıq Surayada sınaqdan çıxarıldı, buradakı vəzifələrini yerinə yetirəndən sonra bölgədə yeni hədəflər axtarmağa başlayacaqları istisna deyildir. 
 
Onsuz da Xəzər dənizinin üzərindən Suriyaya uçan raketlər bizə lazımi mesajları verməkdədir. Bu birliyin təhlükəsi qarşısında heç Türkiyənin də kömək etməyə imkanı olmaya bələr. Biz Azərbaycanın müstəqilliyinin qorunması üçün mübarizə aparacaq insanların qarşısında bu gün rus-fars-erməni birliyinin sırasında həm bu tərəfdən, həm də o tərəfdən özbəöz türkcə danışan zombiləşmiş qardaşlarımızı görəndə qətiyyən təəccüblənməməliyik. Çünki bu prosesin qarşısını almaq üçün illərdir ciddi tədbirlər görmədiyimizin mümkün nəticəsələrini indidən proqnozlaşdırmaq olar. İndi anlaşıldımı ki, bizim hansısa ölkəyə, dinə, məzhəbə qarşı qərəzlı münasibətimiz yoxdur, sadəcə öz Vətənimizi gözləyən mümkün təhlükəyə qarşı sağlam düşüncəli insanlarımızı aydınlatmağa çalışırıq? Allah göz bəbəyimiz olan Azərbaycan dövlətini bütün təhlükələrdən qorusun!
 
Fazil Mustafa, millət vəkili, BQP başqanı


İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020