BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İrandan pay gözləyən Ermənistanın “müsəlmanlıq oyunu”

19:46 / 27-08-2015   /   baxış - 888

Ermənistanda və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vahid İslam dini idarəsinin - Ermənistan və Dağlıq Qarabağ Müftiliyinin yaradıldığı elan olunub. Son zamanlar “müsəlmanlıq oyunu” oynayan ermənilər indi də İrana sığınıb bu ölkədən maliyyə vəsaitləri qoparmaq niyyətindədirlər. Məhz bu məqsədlə Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağ ərazisində Azərbaycan-İslam abidələri fars mədəniyyətinin bir parçası kimi qələmə verilir.

Bu barədə Trend-ə Qafqaz Tarix Mərkəzinin direktoru, UNESCO/UNİTWIN-nin dosenti Rizvan Hüseynov deyib.

UNESCO ekspertinin sözlərinə görə, son illər Ermənistanda böhran vəziyyəti yaranıb: "Dünyada baş verən proseslərin və Rusiyada iqtisadi geriləmənin fonunda Ermənistana xarici ölkələrdən, o cümlədən, Rusiyadan gələn ianələr, maliyyə dəstəyi xeyli azalıb. Bu vəziyyətdə Ermənistan çıxış yolunu İrana üz tutmaqda görür. Bunun səbəblərindən biri də odur ki, son zamanlar İranın üzərindən bəzi sanksiyalar götürülüb və İran qonşu dövlətlərə, həmçinin Ermənistana böyük sərmayələr yatıra bilər. Lakin burada bir məqam var. İranın öz ideoloji xətti, hədəfləri və siyasəti var. Diqqət yetirsək görərik ki, son zamanlar erməni mətbuatında müsəlman ermənilərin orta əsrlərdə İslam mədəniyyətində rolu məsələsi geniş şəkildə qabardılır. Bu materiallarda erməni müsəlmanların sayı və onların hansı ölkələrdə yerləşdiyi barədə məlumatlar yer alır”.

Araşdırmaçı qeyd edib ki, maraqlıdır ki, avqustun 16-da Ermənistanda və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vahid İslam dini idarəsinin - Ermənistan və Dağlıq Qarabağ Müftiliyinin yaradıldığı elan olunub: “Məlumatlara görə, Müftiliyin rəhbəri Armen Səfəryan isə İranda Qum şəhərində dini təhsil alıb, İslam alimidir. Müftilik statusu onun kiməsə tabeçiliyini bildirir. Burada isə müftiliyin kimə tabe olduğu aydın məsələdir".

Ekspert sonra əlavə edib ki, Dağlıq Qarabağda 5 məscid-mədrəsənin, İslam mədəniyyəti ocağının bərpa olunduğu barədə məlumatlar yayılıb: "Ən gülünc olan odur ki, bərpa edilən abidələr arasında ermənilər tərəfindən murdarlanan, dağıdılan Ağdam və Şuşa şəhər məscidlərinin adları da göstərilir. Məscidlərin bərpasına görə, ermənilər İran dövlətinə təşəkkürlərini bildirirlər. Əsas məsələ isə odur ki, həmin dini abidələr fars mədəniyyətinin bir hissəsi kimi təqdim olunur. Qeyd olunur ki, həmin ərazilərdə farslar yaşayıb, abidələri də onlar inşa ediblər. Həmçinin bildirilir ki, İrəvandakı məscid və qalalar da farslarındır”.

R.Hüseynov sonra qeyd edib ki, ermənilər bunu təsdiq etdirmək üçün ayın 19-da Rusiyadan tanınmış bir nəfəri, özünü politoloq kimi qələmə verən Anton Yevstratov adlı şəxsi Ermənistana, oradan da işğal edilmiş ərazilərə gətiriblər: “Həmin şəxs Rusiyanın nüfuzlu qəzetlərindən olan “Nezavisimaya qazeta”da “Kolokolni i minaretı Karabaxa” adlı məqalə ilə çıxış edib. Bizim media və siyasətçilərimiz isə əfsuslar olsun ki, bunun böyük bir layihənin tərkib hissəsi olduğunun fərqinə vara bilməyiblər. A.Yevstratov ora özü getməyib. Onun dili ilə ermənilər həmin İslam abidələrinin Azərbaycanın deyil, fars mədəniyyətinin bir parçası olduğu qabartmağa çalışırlar. A.Yevstratov ermənilərə istinadən qeyd edir ki, Qafqazda azərbaycanlılar və türklər heç zaman olmayıb və onlar bu ərazilərə guya gəlmədirlər. Burada yalnız farslar, ermənilər və digər kiçik millətlər olub. Halbuki, Qafqaz Tarix Mərkəzinin son illər aparıdğı araşdırmalarla bunun tam əksi sübut edilib. Hələ Rusiyanın çar mənbələrində azərbaycanlılar etnoniminin olduğu göstərilir. Bizə türk və tatar da deyirdilər. Amma bizi digərlərindən ayırmaq istəyəndə məhz azərbaycanlılar adlandırırdılar. Bunu Qriboyedov da, Burnaşov da yazıb. Quba xanı, Dərbənd xanı, Şuşa xanı məktublarında özlərinin məhz Azərbaycanda olduqlarını, azərbaycanlı olduqlarını qeyd ediblər. Onlar yazışmalarında Azərbaycan ictimaiyyəti, Azərbaycan cəmiyyəti sözlərindən istifadə ediblər”.

R.Hüseynov Qafqaz Tarix Mərkəzi tərəfindən Ermənistanda və işğal altında olan Dağlıq Qarabağ ərazisində Azərbaycan-İslam abidələrinin fars mədəniyyətinin nümunələri kimi qələmə verilməsinə etiraz olaraq, lazım olan bütün sənədlərin qaldırılıb üzə çıxarılması, bununla bağlı KİV-lərdə müxtəlif dillərdə materiallar yerləşdirilməsi barədə qərar qəbul edilib: “Çalışacağıq ki, bu məsələdə həm İranın rolunu göstərərək, həm də Ermənistanın yeni siyasi mənzərədə apardığı növbəti oyununun konturlarını cızaq”.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020