15 oktyabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyi haqqında Kopnstitusiya aktının qəbul olunmasının 25 illiyi münasibəti ilə “İstiqlal-25” adlı geniş tədbir keçiriləcək.
Tədbirdə ziyalılar, ictimai-siyasi xadimlər, o cümlədən istiqlalçı millət vəlkilləri, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.
Tədbir saat 15:00-da başlayacaq.
Ünvan: Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı, böyük akt zalı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).
BAO İnformasiya Xidməti
11.10.2016