Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Bu müddətdə məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək.
Martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub və sonradan bu müddət mayın 4-dək uzadılıb. Aprelin 4-dən ölkə ərazisində xüsusi icazə ilə hərəkət edilir.
Bundan əvvəl, aprelin 27-dən bəzi ticarət sahələrinin fəaliyyətinə icazə verilmişdi, eləcə də küçəyə çıxmaq üçün SMS icazənin zamanları uzadılmışdı.
Aprelin 30-a olan məlumata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 1800-ü keçib.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
BAO.AZ
01.05.2020.