BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Rüfət Muradlı: Qazanan hər şeydən öncə millətimiz olsun

01:15 / 25-10-2015   /   baxış - 1431
 
59 saylı Salyan seçki dairəsindən Ümid Partiyasının namizədi, BAO Mərkəzi Şurasının üzvü Rüfət Muradlı həm rəsmi görüşlərini, həm də təbliğat kampaniyasını uğurla davam etdirir. 
 
Musavat.com-un məlumatına görə təbliğat kampaniyasında namizədin şəxsən iştirakı rayon üçün bir ilk sayıla bilər. Salyanlılar ilk dəfədir ki, səs verəcəkləri namizədi öz yanlarında görməkdən məmnunluq duyur və öz sorunlarını namizədlə yaxından paylaşırlar. Qarşıdakı günlərdə təbliğat və təşviqat prosesi daha da genişlənəcək. Təşviqat üçün zamanın az olması, eləcə də ötən seçkilərdə namizədlər üçün nəzərdə tutulmuş efir vaxtının verilməməsi təbliğat imkanlarını məhdudlaşdırsa da mövcud imkanlarla seçicilərdən "Seçkiyə getməyəcəkdim, amma Rüfətə görə gedecem!" mesajını ala bilmişik. Bir sözlə artıq Salyan camaatı "Rüfət Muradlı" deyir" - deyə seçki qərargahından bildirdilər.
 
Namizədin newsbaku.info saytında getmiş müsahibəsini təqdim edirik:
 
-Rüfət bəy, seçkilərə 10 gündən az zaman qaldı. Öncə uğurlar diləyirik. Bu ana qədər olan durumu, seçki prosesini necə dəyərləndirirsiniz?
 
 -Təşəkkür edirəm Günel xanım. İnşallah qazanan hər şeydən öncə millətimiz olsun. Doğrudur seçkiyə artıq günlər qaldı. Belə düşünürəm ki, ölkəmizdə seçkilərin keçirilməsi ilə bağlı acı reallıqları nəzərə almağımıza rəğmən insanımızla işləyərək, onun ayağına gedərək, ona dəyər verərək, sevərək, inandıraraq və sahib çıxaraq sonuc qazanmaq mümkündür. Ötən günlərdə doğulduğum yurdda , Salyanın müxtəlif məntəqələrində yurddaşlarımla görüşlərində aldığım sonuc belə idi. Problemlər hər yerdə oxşardır. Millət isə baxımsızlıq girdabına salınıb. Azərbaycanın hər bölgəsində olduğu kimi Salyanda da sosial problemlər tüğyan edir. Bunu özəlliklə lokal görüşlərimizdə daha yaxından izləyə bildik. İnsanımız qayğı istəyir, ona sahib çıxa biləcək təmsilçi istəyir. Görüşlərimizin sonucu olaraq bunu deyə bilərəm ki, seçkiyə qatılmağa inamsız olan yüzlərlə insanın dilindən "seçkiyə getməyəcəkdim, amma sənə görə gedecem" mesajını eşitmək 1 noyabra bizim daha inamlı, daha əmin getməyimiz üçün əsas şərtdir. Təbii ki, səsvermə prosesinə nəzarət imkanlarımızı da artırmalı, hakimiyyətin illərlə tətbiq etdiyi seçki şousunu pozmalaıyıq. 
 
-Görüşlərinizdə sizə maneçiliklər oldumu? Rəqiblərinizdən, ya hakimiyyət təmsilçilərindən hər hansı təzyiq varmı? 
 
-Görüşlərimiz qanun çərçivəsində keçirilir. Təbliğat prosesinə bəzi lokal müdaxilələr istisna olmaqla, ciddi manelərlə üzləşməmişik. Salyanda əsrlərdir formalaşan bir ənənə var. Əxlaqa, dəyərlərə söykənən bir ənənə. Və biz buna sadiqik.Yəqin ki, seçki gününə qədər bu ənənəyə real və qeyri-real olaraq seçimə qayılan bütün namizədlər sadiq qalacaqlar. 
 
-Seçiləcəyiniz təqdirdə görüləsi işləriniz məlumdurmu? 
 
- Salyan da problemlərinə görə ölkəmizin digər bölgələrindən fərqli deyil. Yəni sorunların mahiyyəti eynidir. Sosial ağırlıqlı problemlər. İnsanımızın evi, güzaranı,həyatı bank girovundadır. İşsizlik tüğyan edir. Büdcədən maliyyələşən müəllimin, həkimin maaşı yaşayış minimumuna belə yetmir. Kənd təsərrüfatı sektoru iflic olub və təbii ki, mövcud ağır bank faizləri ilə inkişaf edə bilməz. Bu seçicinin üzləşdiyi problemlərin yalnız bir hissəsidir. Və düşünürəm ki, mərhələli şəkildə bunların həllinə nail olmaq əsas fəaliyyət prioritetimiz ola bilər. Amma hər şeydən öncə seçici hər zaman onun yanında ola biləcək, haqqı tapdananda sorağına gedəcək vəkilini istəyir. Məncə millət vəkilinin bütün fəaliyyətinin fövqündə də bu prinsip dayanmalıdır. 
 
-Rüfət bəy, sizin Milli platformadakı fəaliyyətləriniz hər zaman təqdir olunub. Millət vəkili olacağınız təqdirdə soydaşlarımızla, Türk Dünyası ilə bağlı fəaliyyətlərinizin davamı olacaqmı? 
 
- Əlbəttə. Baxın, iqtidar "Azərbaycan 50 milyon azərbaycanlının vətənidir" deyə iddialar etsə də bu anadək bu istiqamətdə nə hüquqi, nə də siyasi iradə sərgiləməyib. Bizim Güney Azərbaycanda, Borçalıda, Dərbənddə və digər tarixi Azərbaycan coğrafiyalarında yaşayan 40 milyon soydaşımızla bağlı hər hansı qanunvericilik bazamız mövcud deyil. İstər 2000-ci ildə qəbul edilən " Xaricdə yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti" Qanununda, istərsə 2013-cü ildə qəbul edilən Miqrasiya qanununda soydaşlıq prinsipi əsla nəzərə alınmayıb. Düşünürəm ki, parlamentdə soydaşlarımızla bağlı qanunun müzakirəyə çıxarılması mənim fəaliyyətlərimin özəl bir bölümünü təşkil edəcək. Azərbaycan soydaşlarımız üçün güvəniləsi və zaman pənah gətirə biləcəkləri bir vətən olmalıdır.
 
-Uğurlar diləyirik Rüfət bəy. Yəqin ki, qarşıdakı 10 günü çox gərgin işləyəcəksiniz.  
 
- Oktyabrın 31-dək DSK-nın müəyyən etdiyi yerlərdə görüşlərimizi davam etdirəcək, təşviqatımızı genişləndirəcəyik. Təəsüflər olsun ki, Görüşlər üçün təyin edilən məkanlar yaşayış məskənlərindən aralıdır. Bir sözlə münasib olmayan məkanlardır. Ona görə seçki gününə bir gün qalana qədər təbliğat qrupumuzla bərabər özüm də insanımızla təmasdayam, seçicilərimin bu mübarizədə haqqın, ləyaqətin yanında olacağına inanıram.
Günel Nazim
 


İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020