BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Rusiya Bəşər Əsəd rejimini niyə xilas etmək istəyir?” – Müsahibə

19:52 / 11-09-2015   /   baxış - 1295

Rusiyanın son zamanlar Suriyada qeyri-adi hərbi fəallığı onun İŞD-ə qarşı təkbaşına müdaxiləyə başlayacağından xəbər verir. Belə perspektiv ABŞ-da narahatlıq doğurur. “Atlantico” dərgisinə bu baxımdan durumu şərh etmiş məşhur politoloq Aleksandr Del Val və analitik Siril Brenin cavablarını Strateq.az-ın oxucularına təqdim edirik.

Atlantico: Son bir neçə ayda, xüsusən də son həftələr Rusiya qoşunlarının Suriyada hərəkəti hiss olunur. Belə çıxır ki, Putin bu haqda rəsmən danışmasa da, Rusiya Suriyaya müdaxilə hazırlayır. Bu cür ehtimala məhz nə işarə edir?

Siril Bre: Suriyada hərbi durumun dəqiq dəyərləndirilməsi son dərəcə çətindir və açıq qaynaqlarda bu haqda danışılması qadağan edilmiş kəşfiyyat məlumatlarına əsaslanır. İstənilən halda Rusiyanın rejimə hərbi yardımı hələ soyuq müharibə dövründə meydana çıxıb. Suriya ordusu Rusiya silahından istifadə edir, rus təlimatçılarının yanında qismən  hazırlıq keçib və hərbi müşavirlərlə məsləhətləşir. Əslində, Suriya münaqişəsi artıq çoxdan milli və hətta bölgəsəl olmaqdan çıxıb: Amerikanın pilotsuzları və xüsusi bölmələri İŞİD-ə qarşı əməliyyatlar aparır, İranın elitar dəstələri islamçılarla və digər qiyamçılarla döyüşür, türklər öz sərhədlərinin yanında münaqişənin gedişini diqqətlə izləyirlər və s. Suriya münaqişəsi bu gün xeyli və yaxud bir qism aşkar beynəlxalq hərbi müdaxilənin çarpazında görünür.

Aleksandr Del Val: Bütün bunlarda hələlik yeni heç nə yoxdur. Çünki Rusiya əsgərləri, təlimatçıları və pilotları Suriyanın hökumət qoşunlarına artıq çoxdan dəstək verirlər. İstənilən halda aviazərbələr həqiqətən başlansa, bu ancaq Moskva üçün qiymətli müttəfiq Suriyaya dəstəyin davamı olacaq. Bundan başqa, Vladimir Putin artıq bir neçə dəfə Qərbə birgə əməliyyat keçirtməyi təklif edib və Qərb həmişə islamçı düşmənə qarşı çıxış etməkdən imtina edib. Bu düşmən müsəlmanları, Qərbi və Rusiyanı eyni dərəcədə təhdid edir.

-Bu durumdan hansı nəticəni çıxartmaq olar? Rusiyanın planı nədən ibarətdir? Niyə təkbaşına hərəkət etmək ona əlverişlidir?

Siril Bre: Rusyanın ümumən bölgədə və xüsusən də Suriyada maraqları hamıya yaxşı məlumdur. Bunlar dünən yaranmayıb. Rusiya hökumətinin ilk əhəmiyyətli məqsədi hələ imperiya vaxtında meydana çıxıb. Bu, buz bağlamayan isti dənizlərə çıxışdır. Bu ideya I Pyotr Rusiya donanmasını yaradarkən doğuldu və imperiyanın güneyə genişlənməsinə səbəb oldu. Suriyaın Tartus şəhərindəki hərbi-dəniz bazası Rusiyanın şərqi Aralıq dənizində iştrakı üçün çox önəmlidir.

Rusiya hökuməti üçün ikinci mühüm məqam ABŞ-ın bölgədəki iki əsas müttəfiqinə - İsrailə və Səudiyyə Ərəbistanına müqavimət göstərməyə qabil rejimə dəstəkdir. Tehranla alyansın güclənməsi və Dəməşqə dəstək Moskvanı bölgədəki sünni dövlətlərə müqavimətin mərkəzinə çevirir. Rusiyanın fərziyyəvi hücumu Dəməşq-Teharn oxunun güclənməsi və Suriya dövlətinin İŞİD sünniləri tərəfdən devrilməsinin qarşısını almaq məqəsədi güdə bilərdi. İndi təkbaşına hərəkət etmək Moskvaya xeyir etməz. Axı bu onun diplomatik təcridini gücləndirərdi, yəni Qərblə münasibətlərdə gərginliyi kəskinləşdirərdi. Rusiya dövlətinin maliyyə çətinlikləri nəzərə alınmaqla istənilən halda birtərəfli müdaxilə mənə az ağlabatan görünür.

Aleksandr Del Val: Rusiyanın niyyətləri Qərbinkindən xeyli şəffafdır. Qərb iddia edir ki, İŞİD-lə vuruşmaq isrtəyir lakin eyni zamanda başqalarına - bir çox hərəkatlardakı “mötədil” deyilən islamçılara yardım edir. Məsələn, “Əl-Qaidə” Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və birbaşa olmasa da, Qərbin dəstəklədiyi “Ceyş əl-Fəth” və yaxud “Fəth ordusu” kimi daha cazibədar adlar altında gizlənir... Qərbin Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə kimi dostları bu hərəkata kömək edir və bununla da ikili oyun aparır. Buna görə də Rusiyadansa Qərbin siyasəti təəccüblü və qeyri-ardıcıldır. Rusiya həmişə onun ərazisində teraktlar təşkil etməyən və radikal islamçılarla döyüşən şiələrə üstünlük verib. Qərb Əsədi devirmək və eyni zamanda İŞİD-ə qalib gəlmək istəyir – onu bütün düşmənləri ilə birləşməkdən və yerüstü əməliyyatlardan yayınmaqla... Rusiyanın niyyətləri daha şəffafdır: düşmənlə, İŞİD-lə və yaxud daha kiminləsə qarşıdurmada Bəşər Əsəd rejiminin salamat qalmasını təmin etmək. O, Dəməşqin islamçı sünni qiyamı ilə mübarizəsinə dəstək verir. Onun strategiyası ardıcıllıqdan imtina etməməkdir. Onun dəqiq düşməni və dəqiq müttəfiqi var, Qərbin isə bir neçə ziddiyyətli və ikiüzlü tərəfdaşları var. Suriya Rusiya üçün Yaxın Şərqdə yeganə gerçək müttəfiqdir və orada Tartus hərbi-dəniz bazasından isitfadə edib Aralıq dənizinə çıxış əldə edir. Başqa heç bir rejim ona imkan verməz ki, orada öz donanmasını yerləşdirsin. Uzun illər ərzində Moskvanın Aralıq dənizinə başqa çıxışı yoxdur. Buna görə də Suriya rejiminin salamat qalması Moskvaya lazımdır. Moskva islamçılarla mübarizəyə Dəməşqin başqa bir müttəfiqini – Tehranı cəlb etmək istəyərdi, lakin Qərb Yəməndə “Əl-Qaidə” və İŞİD-in qabağında ən yaxşı sipər olan şiə separatçılarını kütləvi bombardman etməyə xeyir-dua verdi... Ümumiyyətlə, Rusiyanın mövqeyi olduqca aydındır və bizə ancaq buna təəccüblənmək qalır ki, Qərb ona badalaq qoyur, Bolqarıstan və Yunanıstana basqı edir ki, Suriyaya yollanan Rusiya təyyarələri üçün öz hava mıəkanlarını bağlasın. NATO ölkələri nəyə nail olmaq istəyir? Rusiya onlar üçün İŞİD-dən daha pisdir?

Rusiya bir müddət əvvəl iş görməkdən çox danışırdı. Bu gün isə onun iqtisadiyyatındakı indiki durumda əmin deyiləm ki, uzunmüddətli müharibə apara bilər. Buna görə də hamımız (yeri gəlmişkən, bizdə də böhrandır) – avropalılar, rusiyalılar və amerikalılar həmrəylik göstərib effektli antiislam cəbhəsi yaratmalıyıq.

-ABŞ Rusiyanın Suriyaya müdaxiləsindən niyə ehtiyatlanır? Hansı nəticələr ola bilər?

Siril Bre: ABŞ-ın əndişəsi Rusiyanın bölgəyə təsiri ilə bağlıdır. Amerika hazırda incə duruma düşüb: o, Bağdad şiələrinin mövqeyini gücləndirən İraq məğlubiyyəti ilə uğraşmalı olub. Bu yaxınlarda isə “altılıq” çərçivəsində İranla saziş bağladı, lakin yenə də onunla yaxınlaşmağı nəzarətə götürə bilmədi. Ümumiyyətlə, Rusiya həm Suriyada, həm də silah bazarlarında özünü Amerikaya alternativ kimi təqdim etməyə cəhd edir. Suriyaya daha fəal müdaxilə bölgədə Qərbə strateji alternartiv statusunu daha da qabardardı. Bütünlükdə ABŞ-da (əsassız) duyum yaranır ki, Rusiya onu Arktikada, Yaxın Şərqdə və Baltik dənizində dalda qoyur. Həm də o bu fərziyyəvi geriliyi aradan qaldırmağı vacib sayır.

Aleksandr Del Val: ABŞ Fars körfəzində öz islamçı müttəfiqlərinin siyasətinə göz yumur. Onlar İŞİD-in qələbəsində maraqlı deyil, lakin onlara Bəşər Əsədin rejimi ilə ölkəyə nəzarətə qayıdış da lazım deyil. ABŞ-la Qərbin burada iki düşməni var: Bəşər Əsəd və İŞİD. Onlar Əsədi açıqca saxlamağa can atan Rusiya tərəfdən maneçilik istəmirlər. Onlar İŞİD-lə mübarizə haqda razıdırlar, lakin Suriyanın gələcəyinə kökündən zidd baxışlara malikdirlər. Hər necə olsa da, indiki anda Əsəd rejiminə totalitar sünni islamçılığı və yaxud “Müsəlman qardaşlar”dan başqa alternativ yoxdur...

"Atlantico" (Fransa), 11.09.2015



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020