BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Naqif Həmzəyev kimilər çirkin kampaniyanın tərkib hissəsidirlər” - Rəsulzadə irsinin araşdırıcısı

15:28 / 06-12-2015   /   baxış - 1621

Gəncədən yeni seçilən millət vəkili Naqif Həmzəyev "Yeni Müsavat" qəzetinin əməkdaşı ilə söhbətində Məmməd Əmin Rəsulzadəni satqın adlandırıb: “O, bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.

Reaksiya.az bu məsələ ilə bağlı AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi,  Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, fəlsəfə doktoru, dosent Faiq Ələkbərovun (Qəzənfəroğlu) fikirlərini öyrənib.

O, M.Ə.Rəsulzadə haqqında belə fikirlərin səslənməsinin xoşagəlməz olduğunu vurğulayıb: “SSRİ dövründə “pantürkist”, “panislamist”, “mürtəce” kimi qələmə verilən Azərbaycan Cümhuriyyətinin qurucusu, Azərbaycan Milli İdeyasının müəllifi Məhəmməd Əmin Rəsulzadə haqqında Azərbaycanın müstəqilliyi dövründə də xoşagəlməz fikirlərin irəli sürülməsi hallarına rast gəlirik. Bizcə, çağdaş nəsil ilə 20-ci əsrin əvvəllərində yaşamış nəsil arasında SSRİ dövründə qırılmış bağları yenidən bərpa etmək lazım gəldiyi bir vaxtda, bir çox hallarda bunun əksini görmək çox düşündürücüdür. Vaxtilə sovet ideoloqları onu sosial-demokrat əqidəsinə xəyanət edib Azərbaycan Cümhuriyyətini qurmaqda ittiham etdikləri halda, indi isə Gəncədən yenicə deputat seçilən Naqif Həmzəyev kimiləri tapılır ki, M.Ə.Rəsulzadəni İrəvanı ermənilərə verməkdə, Vətəni qoyub qaçmaqda  və s. görə ittiham edirlər. Halbuki çağdaş nəsil ona Cümhuriyyət bəxş edən Rəsulzadəni və onun silahdaşlarını bir qəhrəmanlıq, şərəf örnəyi kimi görməlidirlər”.

F.Ələkbərov belə hesab edir ki, Rəsulzadə haqda belə fikirlərin səsləndirilməsində məqsəd onun haqqında mənfi imic yaratmaq məqsədi daşıyır:

“Rəsulzadənin İstiqlal Bəyannaməsinə imza ata bilmədiyinə görə adı İstiqlal Abidəsinə düşmədiyi halda, ancaq İrəvanın ermənilərə güzəştə gedilməsi məsələsində əsas günahkar kimi göstərilməsi təsadüfi deyildir. Əgər bu məsələdə səhvə yol verilmişdisə, bu və ya digər şəkildə Milli Şuranın, Azərbaycan Cümhuriyyətinin ilk Nazirlər Kabinetinin bütün üzvləri məsuliyyət daşıyırdılar. Burada əsas məqsəd «İrəvanın Ermənistana güzəştə gedilməsi»ndə Rəsulzadənin əsas rol oynamasını sübut etməkdən daha çox cəmiyyət daxilində, xüsusilə gənclər arasında onun haqqında mənfi rəy, mənfi imic yaratmaqdır. Çünki bir çox hallarda kütlə, o cümlədən gənclər məsələnin əsas mahiyyətinə deyil, ümumi mənzərəyə nəzər salırlar. Ümumi mənzərə də ondan ibarətdir ki, məhz Azərbaycan Cümhuriyyəti dövründə və onun rəhbərləri tərəfindən İrəvan ermənilərə güzəştə gedilib. Üstəlik nəzərə alsaq ki, M.Ə.Rəsulzadə həmin Cümhuriyyətin lideridir, artıq əsas günahkar rolunda onun göstərilməsi heç də mənasız görünmür. Yəni bu müddəanı ortaya atanlar demək istəyirlər ki, Azərbaycan Cümhuriyyətinin qurucusu Rəsulzadə olmuşdusa, baxın onun dövlət başçısı olduğu dövrdə İrəvan ermənilərə verilib. N.Həmzəyev kimiləri də məhz bu çirkin kampaniyanın tərkib hissəsidirlər”, - fəlsəfə doktoru əlavə edib.

O, Rəsulzadənin ölkəni qoyub qaçması fikrinə də aydınlıq gətirib: “Rəsulzadə Vətəni qoyub heç hara qaçmamışdı. O, şəxsi iradəsi ilə öncə Lahıca gedərək, orada bir müddət gizli şəkildə yaşayıb, ancaq burada yaxalanaraq Bakıya gətirilib. Daha sonra Stalinin açıq şəkildə ifadə etdiyi kimi Rəsulzadə ya Azərbaycanda qalıb ölməli, ya da bir ümid işartısı olaraq Moskvaya getməyə razı olub hansısa bir yolla bolşeviklərdən qurtularaq milli mücadiləni davam etdirməli idi. Ona görə də Rəsulzadə ikinci yolu seçdi və bununla da xalqı qarşısında böyük fədakarlıq etdi. Çünki Rəsulzadə ikinci yolu seçməklə öz həyatını, ailəsinin həyatını deyil, Azərbaycanı və onun milli varlığını yaşatmış oldu. Ancaq əvəzində o, bütün ailəsini Vətən və Millət uğrunda qurban verdi. Halbuki Rəsulzadə Stalinin Moskvada ona etdiyi təkliflərlə razılaşsaydı, bəlkə də başına bu qədər faciələr gəlməz, “Vətəni qoyub qaçan”, “Vətən xaini” və digər ittihamlara da məruz qalmazdı”.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020