BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qərbi Azərbaycan İrəvan Respublikasının (QAİR) dövlət gerbi qəbul olundu

19:51 / 03-08-2020   /   baxış - 1672

Bütöv Azərbaycan Ocaqlarının (BAO) İnformasiya Xidmətinə daxil olan ekskluziv məlumata görə Qərbi Azərbaycan İrəvan Respublikasının (QAİR) 02.08.2020-ci il tarixində geçirilən iclasında Dövlət Gerbinin qəbulu məsələsi müzakirə edilmişdir.

Müzakirələr nəticəsində QAİR-in Dövlət Gerbi qəbul olunmuşdur.

Gerbin ideya müəllifi Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının sədri və QAİR İdarə heyəti sədrinin ideoloji məsələlər üzrə müavini Paşa Həsənli, rəssamı Əli İsmayıldır.

Qəbul edilən gerb girdə qalxan formasındadır. Gerb qartal qanadlarının üzərindədir. Qartal qanadlarının seçilməsi iki səbəbdən irəli gəlir:

1. Ən qədim və böyük türk dövlətlərinin, o cümlədən Azərbaycan ərazisində yerləşmiş Mada (Midiya) və Səlcuq imperiyalarının bayraqlarında qartal təsvir olunub.

. Canlılardan ən ucada yaşayanı və qüdrətli olub, güc rəmzlərindən olanı qartaldır. Bu Gerb qartal qanadları üzərində, yüksəklərdə, düşmənlər üçün əlçatmaz zirvələrdədir.

Gerb dairəsinin özü QAİR bayrağına bənzər şəkildə tərtib olunub. Mərkəz və əsas hissəsi qırmızı rəngdədir, kənarlarında bayraqda olduğu kumu mavi və yaşıl xəttlərlə əhatələnib. Mavi xətt sol tərəfdə aşağıdan yuxarıya doğru, yaşıl xətt isə sağ tərəfdə aşağdan yuxarıya doğru hərəkət edir. Hər üç rəngin yuxarı hissədə birləşmə yeri İrəvan xanlığına aid qədim bayraqlarda mövcud olmuş, hakimiyyət rəmzi olan ROMB fiquru ilə, ümumi taca bənzər şəkildə birləşdirilib. Bu konfiqurasiya İrəvan xanlığının əsas, fərqli, özünəməxsus elementini ehtiva edir.

Dairənin ortasında, qırmısı sahənin tam mərkəzində, aşağdan yuxarıya doğru qədim türk- oğuz boylarının ümimi mental rəmzlərindən olmaqla yanaşı, müasir Azərbaycan Respublikasının və Qərbi Azərbaycan İrəvan Respublikasının bayraqlarında əks olunmuş aypara və səkkiz guşəli ulduz təsvir olunub. Bu ay- ulduz sönmüş qızıl rəngindədir. Əsas ulduzun ətrafında, qırmızı fonda, ağ rəngdə hər guşənin qarşısında biri olmaqla, səkkiz xırda səkkizguşəli ulduzlar sıralanıb. Bu kiçik ulduzlar əsas böyük ulduzuzn cazibəsində, ətrafında dolanır. Bu kompozisiya Bütöv Azərbaycanın səkkiz böyük hissəyə bölünməsini və birləşməyi hədəflədiyini simvolizə edir.

Gerbin tam mərkəzində, ay- ulduzun ortasında, qırmızı fonda ağ rəngdə, çarpazlaşmış şəkildə, şimal, cənub, qərb və şərq tərəfə istiqamətlənmiş oxlar təsvir olunub. Bu təsvirin aşağıdakı mənaları var:

1. İrəvan, Zəngəzur, Göyçə, Qarabağ və digər ətraf ərazilər qədim Assur mənbələrində İşquz, Yunan mənbələrində İskit dövləti kimi tanınan qədim Oğuz dövlətinin mərkəzi əraziləridir. Təsvir olunan oxlar dünya tarixşunaslığında İskitlər kimi məşhur olan, atlı oxatanlar hərb sənətini yaratmış və dünyaya yaymış, bütün avro-asiyaya yayılmış, hərbdə və mədəniyyətdə xüsusi era olan “İskit üslubu”nun yaradıcısı olan Oğuz boylarına xas şəkildə icra olunub və sözügedən sivilizasiyaya aidiyyatın, mənəvi varisliyin simgəsidir.

2. Hazırda mövcud olan Azərbaycan Respublikasının bütün sərhədləri boyu öz tarixi əraziləri ilə həmsərhədd olduğundan, parçalanmış halının aradan qaldırılması, vətən torpaqlarının yenidən birləşdirilməsi məqsədilə aparılan mübarizədə, hər istiqamətdə “OX YAYDAN ÇIXDI” mənasını ehtiva edir.

Gerbin aşağısı qırmızı lentlə əhatələnib və lentin üzərində aid olduğu dövlətin adı yazılıb.

 

BAO.AZ

03.08.2020.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020