BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq” - MÜSAHİBƏ

21:57 / 07-06-2016   /   baxış - 1055

Bu il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 98-ci ildönümü qutlanır. Şərqdə ilk demokratik müsəlman cumhuriyyəti olan AXC cəmi iki il ömür sürsə də, hələ də azərbaycan xalqı onu şərəflə anır. Hər şeydən öncə xalqların qısa müddətlik imperiyaların əsarətindən azad olunmasın fürsətindən ustaca istifadə edib öz müstəqilliyini elan etmək o dövr üçün əlçatmaz bir arzunu yerinə yetirmək idi və həm də 70 il sonra qurulacaq bu günki Azərbaycan dövlətinin varlığına rəvac vermək demək idi.

Ancaq tez-tez olduğu kimi bu dəfə də Azərbaycanda AXC-nin növbəti ildönümündə, onun gördüyü işlərə kölgə salmaq istəyənlər ortaya çıxdı. Yenə də AXC-ni və onun rəhbəri M. Ə. Rəsulzadəni “İrəvanı ermənilərə güzəştə getməkdə”, səriştəsizlikdə ittiham edirlər. Xeber365.com AXC tarixi ilə bağlı mütəxəssislərdən biri olan AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, tarixçi və fəlsəfə doktoru Faiq Qəzənfəroğlu ilə AXC-nin yarandığı dövrün tarixi reallıqları, o zaman baş verən hadisələr haqda söhbətləşib.

 “Rəsulzadə İrəvanın ermənilərə güzəştə gedilməsi iclasında iştirak etməmişdi”

 - Faiq bəy son dövr bəzi tarixçilər, jurnalistlər ciddi cəhdlə M. Ə. Rəsulzadəni Azərbaycan. AXC-nin rəhbəri kimi, həmçinin Azərbaycan Milli Şurasını 1918-ci illərdə İrəvanı ermənilərə güzəştə getməkdə ittiham edirlər. Əvvəlcə soruşmaq istərdim İrəvan 1918-ci ildə yaranan Azərbaycan Xalq Cumhuriyyətinin ərazisinə daxil idimi?

- Əvvəla M.Ə.Rəzsulzadəni ya da Azərbaycan Cümhuriyyəti hökumətini İrəvanı ermənilərə güzəştə getməkdə suçlamaq qətiyyən doğru deyildir. Özəlliklə, Rəsulzadə İrəvanın Ermənilərin paytaxtı kimi güzəştə gedilməsində heç bir iştirakı olmamışdır.O zaman Azərbaycan Cümhuriyyəti hökumətini formalaşdıran Azərbaycan Müsəlman Milli Şurası bu cür qərar qəbul etmişdir. Həmin qərar qəbul edilərkən Rəsulzadə Batumidə Türkiyəylə danışıqlar aparırdı.

Doğrudur, Milli Şura Rəsulzadəni özlərinə dövlət rəhbəri seçmişdilər. Amma Rəsulzadə İrəvanın ermənilərə paytaxt olaraq güzəştə gedilməsi iclasında iştirak etməmiş yalnız sonradan bundan xəbər tutmuş və etiraz etmişdir.

Azərbaycan Milli Şurası isə 1918-ci ilin mayın 29-da belə bir qərarı Erməni Milli Şurasının istəyi üzrə müzakirə edərək qəbul etmişdir. Həmin qərar qəbul edilərkən İrəvan və ətrafı əski Azərbaycan türk torpaqları olaraq görülsə də, məcburi bir addım kimi məqsədəuyğun görülmüşdür.

Başqa sözlə, həmin anda Azərbaycan Cümhuriyyəti istiqlalını yenicə elan etdiyi üçün onun ərazisi hələ dəqiqləşməmişdir. Sadəcə, təbii olaraq İrəvan da daxil olmaqla Osmanlı-Türkiyə sərhədlərindən Xəzər dənizinə qədər bütün torpaqlar Azərbaycan türk ərazisi hesab olunurdu. Məhz bunu yaxşı bildikləri üçün Erməni Milli Şurası Azərbaycan Milli Şurasına müraciət etmişdir. Bu isə o deməkdir ki, istiqlalını yenicə elan edən Azərbaycan Cümhuriyyəti İrəvanı öz ərazisi kimi görməsinə baxmayaraq, onu məcburiyyətdən ermənilərə güzəştə getmişdir.

Şübhəsiz, bu məcburiyyətin arxasında yalnız ermənilərin də bir dövləti olsun və Azərbaycanın digər ərazilərindən iddilarını geri çəksinlə bağlı olmamışdır. Eyni zamanda Azəbaycan Milli Şurasını bu addımı atmağa xarici qüvvələr də təhrik etmişlər.

 

 

“Xalq Cumhuriyyəti qurulanda hökümətin əlində bir əsgəri də yox idi, o erməni-rus birləşmələrinə qarşı qoya bilməyəcəyini yaxşı anlayırdı”

 - İstərdim o dövürki tarixi şərait və prosseslər haqda bizə bir qədər ətraflı məlumat verəsiniz.

- Əslində İrəvanın paytaxt olaraq ermənilərə güzəştə gedilməsində bir tərəfdən ermənilərin özlərinə dövlət qurmaq üçün paytaxt tapa bilməməsi ucbatından baş vermişdi.

Ermənilər öncə Gümrini özlərinə paytaxt görürdülər. Amma həmin an Gümri Türkiyə qoşunlarının nəzarəti altında idi. O zaman ermənilər özlərinə paytaxt kimi daha uyğun olan İrəvanı gördülər. BununüçünisəAzərbaycanMilliŞurasınınrazılığıgərəkidi.

AzərbaycanMilliŞurasıda, əslində o dövr bir qrup vətənsevər azərbaycanlının təşəbbüsü ilə yaradılmış qurum idi, onlarınəlindəbirəsgər, ordu, silaholmadığıhəminandaerməni-rusbirləşmələrinəqarşıqoyabilməyəcəklərinidəyaxşıanlayaraq, eynizamanda ermənilərin ABŞ, BöyükBritaniya, Fransakimidövlətlərdəndəyardımaldığınıdüşünərəkbeləbiraddımatdı.

AzərbaycanMilliŞurasınınbununmüqabilindətəkistəyiermənilərinİrəvanvəonunətrafıylakifayətlənərəkdigərtorpaqiddilarını, o cümlədənQarabağvəNaçxıvandanəlçəkmələriidi.Erməni Milli Şurası da buna razılıq vermişdi. Məqsəd tarixi vəziyyətdən istfadə edərək qurulmuş dövləti ayaqda saxlaya bilmək idi. Beləliklə, Azərbaycan Milli Şurası ermənilərin İrəvandan başqa Azərbaycan Türk torpaqlarına iddia etməyəcəkləri sözünü alaraq belə bir qərar qəbul etmişlər.

 

"Ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından əl çəkəcəklərinə söz vermişdilər"

 - İrəvanın verilməsində Rəsulzadənin şəxsən rolu olmadığını dediniz, bəs o “İrəvanın güzəştə gedilməsinə” necə etirazını bildirmişdi?

- O zaman Azərbaycan Cümhuriyyəti hökumətini formalaşdıran Azərbaycan Müsəlman Milli Şurası belə bir qərar qəbul etmişdi. Həmin qərar qəbul edilərkən Rəsulzadə Batumidə Türkiyəylə danışıqlar aparırdı. Doğrudur, Milli Şura Rəsulzadəni özlərinə dövlət rəhbəri seçmişdilər. Amma Rəsulzadə İrəvanın ermənilərə paytaxt olaraq güzəştə gedilməsi iclasında iştirak etməmiş yalnız sonradan bundan xəbər tutmuş və etiraz etmişdir.

Sadəcə, Azərbaycan Milli Şurası belə bir addın atarkən Rəsuzladə həmin iclasda iştirak etməmişdir. Bəzən yazırlar ki, Rəsulzadənin başçılıq etdiyi Mili Şura həmin qərar qəbul edib, bu anlamda o da günahkardır.

Bunu iddia edənlər bilməlidirlər ki, Rəsulzadənin Milli Şuranın sədrliyinə gətirilməsi onun xəbəri olmadığı halda baş verdiyi kimi, İrəvanın erməniləər güzəştə gedilməsi də eyni analamda baş vermişdir.

Çox yazıqlar olsun ki, Azərbaycanın istiqlalının elan edən Milli Şuranın başçısı olaraq Rəsulzadənin adı “İstiqlal Abidəsinə” həkk olunmadığı halda, ancaq İrəvanın güzətə gedilməsi məsələsində ön palan çıxarılır.

Bu tamamilə yanlışdır. Doğrudur, Rəsulzadə bu dövlətin - Azərbaycan Cümhuriyyətinin birinci şəxsi idi. O həmçinin bir demokrat idi.

Onu dövlət başçısı seçənlər də Azərbaycan türk xalqının iradəsinə uyğun olaraq bu addımı atmışlar.

Bu anlamda Rəsulzadənin adı yalnız “İstiqlal Abidəsində” deyil, bütün analamlarda birinci yerdə dururu. Rəsulzadə dünənin, bugünün və gələcəyin Azərbaycan Respublikasının birinci şəxsidir, onun qurucusudur. Bir dövlətin bir qurucusu olar: Rəsulzadə.

Bu anlamda Rəsulzadənin dönəmində baş vermiş mühüm hadisələri iki yerə, üç yerə bölmək doğru deyildir. Rəsulzadə onu dövlət rəhbəri seçən Milli Şuradan İrəvanın nədən ermənilərə güzəştə getmələrini də sormuş və etirazını da bildirmişdir.

Ancaq o zamanın şərtlərinə görə artıq ox yayından çıxmışdır. Buna baxmayaraq Azərbaycan Cümhuriyyəti İrəvanın tarixi Türk torpağı olduğunu daima vurğulamiş və nədən onun erməniləər güzəştə gedilməsini bu və ya digər şəkildə ifadə etmişdir.

 

“Bu gün güclü ordumuz var, amma Qarabağı almırıq. Bu yenə də dünyanın real şərtlərini önə çəkmirmi?”

 - İrəvan və onun ətrafı olan torpaqların ermənilərə güzəştə gedilməsi indi tarixi səhv, AXC hökümətinin səriştəsizliyi kimi təbliğ edilir, halbuki orta-əsrlərdən qalan imperiya keçmişi olanOsmanlı-Türkiyəsi, Qacarlarİranı, Çar Rusiyası və s. kimi dövlətlərin varisləri də qurularkən torpaqlarının böyük qismini itirib. Bu konteksdə biz AXC hökümətinə necə yanaşmalıyıq?

- İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi səhv deyil, acı bir reallıq idi.

Azərbaycan Milli Şurası əlində bir əsgəri olmadığı dövrdə ermənilərə və onların arxasında dayanan dövlətlərə qarşı qoya bilməyəcəklərini yaxşı anlayırdılar.

Ona görə də tək təskinlikləri, bununla da erməniıərin Naxçıvandan, Qarabağdan əl çəkəcklərini ümid edirdilər.

Şübhəsiz, ermənilər və ruslar azərbaycanlılarla eyni düşüncədə deyildilər.Ona görə də, ermənilər və ruslar qarış-qarış türk torpaqlarını işğal etməyə davam etdilər və edirlər də.

Bu anlamda o zaman atılan addım tarixi səhv deyil, dünyada sözü keçən bir türk dövlətinin olmamasının nəticəsi idi.

Əgər o zamanlar Türkiyə-Osmanlı və Qacarlar bir güc sahibi olsaydılar o zaman durum fərqli ola bilərdi.Amma olmadı, bu gün də hələlik durumu xeyrimizə dəyişdirə bilmirik.

Əgər bu gün güc sahibiyiksə, güclü ordumuz varsa nədən Qarabağı işğaldan azad edə bilmirik deyincə, yenə də dünyanın real şərtləri önə çəkilmirmi?

Bu o deməkdir ki, 1918-1920-ci illərdəki Azərbaycan Cümhuriyyətinin hökumətini və dövlət başçısını İrəvanın ermənilərə güzəştə getdiklərini suçlayanlar, unutmasınlar ki, bir sonrakı nəsil də bizləri bir çox məslələrə görə ittiham edəcəklər. Ona görə də, bu cür daxili ittihamılardan əl çəkib gücümzü Azərbaycaın bütövləşdirilməsinə yönəltməliyik.



İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır
12:25 / 16-03-2023
Molla rejimi cənublu azərbaycanlıların Araz çayına yaxınlaşmasından da qorxur
22:25 / 07-12-2022
II BÜTÖV AZƏRBAYCAN FORUMU KEÇİRİLƏCƏK
22:05 / 07-12-2022
ZƏFƏR GÜNÜMÜZ MÜVARƏK!
16:16 / 08-11-2022
Prezident: Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək üçün əlimizdən gələni edəcəyik
16:50 / 22-10-2022
“Anım Günü” münasibətilə Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun bildiri yayıb
23:02 / 28-09-2021
Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək
21:14 / 08-04-2021
Müharibədən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında ideoloji və informasiya qarşıdurması. Zəngəzur dəhlizi: reallıqlar, perspektivlər.
09:35 / 13-03-2021
BAO-ya ağır itki üz verib. Tanınmış alim Dilavər Əzimli vəfat edib
20:58 / 03-03-2021
Dilavər Əzimlinin səhhəti ağırdır - Arzu Qazıyeva
21:30 / 16-02-2021
Dilavər Əzimlinin sağlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT
12:04 / 12-02-2021
Şirvani Ədilli: Qarabağ münaqişəsi bitibmi?
13:23 / 19-01-2021
BAO-nun Qurultay səlahiyyətli Ümumi Yığıncağı keçiriləcək
12:17 / 11-01-2021
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər
15:23 / 09-12-2020
“Azərbaycanda xristianlığın tarixi Kəlbəcər hadisələri fonunda” mövzusunda onlayn video-konfrans keçiriləcək
13:29 / 06-12-2020
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
09:54 / 06-12-2020