BÜTÖV AZƏRBAYCAN OCAQLARI
M.Rza Ləvayi: Hakimiyyət güclü söz sahibi olmayan sənətçilərdən istifadə edir – Müsahibə / AUDİO

10:56 / 20-06-2016   /   baxış - 959

“O sənətçi ki, danışır, amma əslində heç bir söz demir, oxuyur, amma xalq üçün bir şey oxumur. Totalitar sistem belə insanlardan rahatca istifadə edir,” deyə Amerika Birləşmiş Ştatlarında (ABŞ) mühacirətdə yaşayan təbrizli şair Məhəmməd Rza Ləvayi sənətçilərin siyasətə daxil olmasının qaçılmaz olduğunu deyir.

Bu yaxınlarda Ərdəbil vilayətində təşkil olunan bir konsertdə əli ilə bozqurd işarəti göstərən bir izləyicinin müğənni tərəfindən təhdid edilib təhlükəsizlik qüvvələrinə göstərilməsi müğənniyə qarşı geniş təpkilərə səbəb olub.
Bu olay sənət fəaliyyətlərinin mütəmadi olaraq məhdudiyyətlərlə üzləşdiyi İran İslam Respublikasında “sənətçi hakimiyyətin basqılarına dair necə bir mövqe sərgiləməlidir?” sualının təkrar müzakirəyə qoyulmasına yol açıb.
Bu mövzu ilə bağlı “Amerikanın Səsi”nə danışan şair Məhəmməd Rza Ləvayinin dediklərinə görə, hakimiyyət “güclü söz və güclü sənət” sahibi olmayan sənətçilərdən öz mənfəətləri istiqamətində rahatca istifadə edir:
“Güclü söz və güclü sənət sahibi olmayan sənətçilərdən rahatca istifadə edirlər. O sənətçi ki danışır amma əslində heç bir söz demir, oxuyur amma əslində xalq üçün bir şey oxumur. Totalitar sistem belə insanlardan ictimai davranışlarında düşüncə yoxsulu olduqları üçün rahatca istifadə edir. Bu sənətçilər çox şey deyər, xalqı hissə gətirər amma son nöqtəni özü qoymaz. Son nöqtəni tapşırar sistemə.
Bunların ictimai mənfəətlərlə işi olmaz. Hakimiyyət şəxsi mənfəətlərini qoruyanları istər... Öz konserti üçün icazə tələm edər amma əhali gəlib türk dilində təhsil tələb edəndə ona qarışmaz.”
Məhəmməd Rza Ləvayi sənətçilərin ya hakimiyyət ya da toplum tərəfindən bir şəkildə siyasətə daxil edilmələrinin qaçılmaz olduğunu deyir. O, “Azərbaycandakı hərəkatla bağlı üç söyləmin mövcud” olduğunu önə çəkir və bu əsasda sənətçilər, yazarlar və digər ictimai fiqurları üç kateqoriyaya ayırır:
“Azərbaycandakı hərəkatla bağlı üç söyləm ortadadır; biri, demokratiya və insan haqlarını müdafiə edən söyləm. İkincisi, Azərbaycan deyib, vətən deyib, mən türkəm deyib amma hakimiyyətə siyasi məşruiyyət (legitimlik) qazandıranlar. Üçüncüsü, Azərbaycan deyir amma İrançılıq və pan-farsizmi təbliğ edir.”
Təbrizli şair deyir ki, “sadəcə sənətlərini yaratmaq istəyənlər önəmlidirlər. Amma, bunu da bilməlidirlər ki, istər istəməz bu söyləmlərin içinə düşəcəklər, bu söyləmlərin içində tərif olacaqlar... İstər siyasət üçün çalışsınlar, istərsə sənət üçün bunu bilməlidirlər ki hansı şüar altında durmalıdırlar.”
Ləvayi bir yandan siyasi hakimiyyətin basqılarına baxmayaraq sənət fəaliyyətinə davam edib digər yandan isə toplumun da yanında durmağı bacardıqları baxımından aşıqların nümunə olduğunu vurğulayır.
“Tarixi olaraq aşıqlar həm kültürəl baxımdan həm öz ədəbiyatları baxımından bir disiplin qazanıblar. Aşıq sadəcə öz mənfəətini güdmür. Onun oxuduqları da başqadır..,” deyə yazar aşıqların hakimiyyətin oyununa gəlmədiklərini ifadə edir.
“Təəsüf ki çalışırlar bu günki musiqi aşıq musiqisi kimi bir söyləm və disiplinə çatmasın. Təqlid edən müğənnilərə fürsət yaradırlar,” deyə Məhəmməd Rza Ləvayi əlavə edir.
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:
http://www.amerikaninsesi.org/a/muhammad-riza-levayi/3380376.html

 

İstinad: GünAz TV



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022