BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Araz Obalı: Problemsiz Azərbaycan İranın maraqlarına uyğun deyil – MÜSAHİBƏ

14:05 / 11-02-2017   /   baxış - 2496

Fevralin 10-u dünyanın ən ədalətsiz müqaviləsi kimi tanınan, İran və Rusiya arasında bağlanmış “Türkmənçay” müqaviləsinin 189-cu ildönümüdür. 

Müqavilənin bağlanılması tarixi və onun bu günümüzə təsiri ilə bağlı GünAz TV Bakı studiyasının rəhbəri Araz Obalı Xeber365.com-un suallarını cavablandırıb:

– Müqavilənin bağlanmasından illər ötüb. Ancaq yəqin ki, torpaqlarımızın parçalanmasından doğan problemlər bu ün də davam edir. Sizcə, bu müqavilənin təsiri özünü daha çox nədə göstərir?

– “Türkmənçay” Azərbaycan tarixində neqativ baxımdan, ən önəmli müqavilələrdən biridir. Çünki bu müqavilədə Azərbaycan millətinin fiziki olaraq ikiyə bölünməsinin təməli qoyuldu. Bunun da çox acı  nəticələri oldu. Bu gün də görürük ki, eyni bir millətik, amma ayrı ayrı pasport daşımaq məcburiyətindəyik. Şimali Azərbaycan müstəqil, öz bayrağı, gerbi, dili, konstitusiyası, məhkəməsi, sekulyar və modern dəyərləri olan ölkədir. İranda isə millətimiz buranın tam tərsinə geridə qalmış paniranizm, panfarsizim təfəkkürü ilə idarə olunan ölkənin əsarəti altında yaşayır. Buna baxmayaraq, bu gün Güney Azərbaycanda özünə dönmək, öz kimliyini dərk etmək istiqamətində çox ciddi hərəkat var. Artıq orada əksəriyyət Azərbaycan türkü olduğunu, iranlı olmadığını başa düşür. Doğrudur, içimizdə az da olsa, farslaşan, İran sisteminin quluna çevrilən insanlar da var. Amma çoxluq Azərbaycanın tərəfindədir. İranın milli məclisində Türk fraksiyasının yaranması və acı da olsa Güney Azərbaycan milli hərəkatının Siyamək Mirzayi, Mehdi Kuxiyan kimi və başqaları kimi onlarla siyasi məhbusunun olması, “Traktor” futbol komandasının oyunlarında 10 minlərlə insan meydanda “Bakı-Təbriz-Ankara, biz hara, farslar hara?”, “Qarabağ bizimdir, bizim qalacaq” şüarlarının səsləndirilməsi bunun göstəricisidir. Bu da onu göstərir ki, xalq ayrılığı qəbul etmir və buna etirazını bildirir. Millətimiz ayaqdadır və öz hüququnu, azadlığını tələb edir. Şimali Azərbaycanda isə Bizim Qarabağ boyda ağrılı yaramız var. Azərbaycan öz gücünün böyük hissəsini bu məsələyə sərf edir.

 

– Bir qədər əvvəl İranın Türkmənçay müqaviləsinin vaxtı bitdiyindən ona yenidən baxılması barədə fikirlər səsləndirilirdi və hətta Şimali Azərbaycana qarşı torpaq iddiaları irəli sürülürdü. Sizin fikrinizcə, müqaviləyə yenidən baxıla bilərmi?

– Xeyr, belə bir iddia edə bilməz. Sadəcə, İranı rəsmi olaraq Şimali Azərbaycanı Şimali İran, Aran, Bakı dövləti adlandıranlar var. Bu cür ürəkbulandırıcı açıqlamalar çox olur. Azərbaycana qarşı müxtəlif yollarla təxribatlar törədilir. Məsələn, burada müəyyən insanların dini duyğularından şiəlik faktorundan istifadə edərək öz agentura şəbəkəsini genişləndirirlər, narkotik maddələrin Azərbaycana keçirilməsinə şərait yaradırlar.  İran, ümumiyyətlə, öz içərisindəki insanları geridə saxlamaq üçün milyardlarla dolar pul xərcləyir. Məntiqcə Şimali Azərbaycanın modern cəmiyyətinin İrana birləşməsi onun maraqlarına uyğun olmaya bilər.

– Bəs bu məsələ rəsmi olaraq gündəmə gətirilsə, nə kimi fəsadları ola bilər?

 

– Bu müqavilə 189 il bundan əvvəl imzalanıb. O vaxt heç İran adlı dövlət yox idi. Müqavilə Qacar şahlığı ilə Çar Rusiyası arasında imzalanıb. İndi nə Qacar şahlığı var, nə də Çar Rusiyası. Rusiya Federasiyası və İran adlanan dövlətlər var. Bu müqavilənin yenidən gündəliyə gəlməsi məncə çox qeyri-ciddidir. Çünki Azərbaycan müstəqil dövlət kimi dünyanın bütün ölkələri tərəfindən tanınır. Əslində, Azərbaycan belə bir iddia edə bilər ki, mənim ərazilərimin böyük hissəsi İranın işğalı altındadır. Onun buna haqqı çatır. Azərbaycanın əsasları daha çoxdur. İranın isə heç bir əsası yoxdur.

– Əvvəllər “Türkmənçay” müqaviləsinin ildönümü ilə bağlı aidiyyəti qurum və təşkilatlar tədbirlər keçirilirdi. İndi isə buna təsadüf olunmur. Sizcə, bu, nəylə bağlıdır, tariximiz unudulurmu?

 

– Bir az əvvəldə qeyd etdiyim kimi, Azərbaycanın birinci prioriteti Qarabağın azad olunmasıdır. Əslində, işğal olunmuş torpaqların azad olunması da daha çox Güney Azərbaycanla bağlıdır. Hamı bilir ki, torpaqların işğalda qalmasının əsas səbəblərindən biri İran rejimidir. Rusiya Ermənistana silah verirsə, İran da Ermənistanı ərzaq, elektrik, neft, qaz və sairə ilə təmin edir. Ermənistana Rusiyadan daha çox İran yardım edir. Bunun da əsas səbəbi İranın anti-türk, anti-Azərbaycan siyasətidir. Problemsiz Azərbaycan dövləti İranın maraqlarına uyğun deyil.

 

BAO.AZ



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022