BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Təbrizdə Ana Dili aksiyası: Uşaqlara türkcə kitablar paylanılıb

11:48 / 19-02-2022   /   baxış - 728

18 fevral axşam saatlarında Təbrizdə milli-mədəni fəallar 21 fevral Beynəlxalq Ana Dili Günü və siyasi məhbusların xatirəsini anmaq məqsədilə uşaqlar və yeniyetmələr arasında türkcə kitablar paylayıblar.

“Ən böyük mübarizə zalimin qarşısında dayanıb və sən haqsızsan deməkdir” və “Azərbaycan milli məhbusları azad olsun” məzmunlu yazılı vərəqlər paylanılan kitablar birgə yayılıb.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının anım günü ilə əlaqədar ana dilində kitablar paylanılır.

Bu günə kimi çox sayda milli-mədəni, türk dili fəalı İran hökuməti tərəfindən saxlanılaraq qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum olunub.

Hazırda Abbas Lisani, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşlarının məzuniyyətə buraxılmalarına baxmayaraq, Tohid Əmirəmini, Məhəmməd Eyni, Əkbər Nəimi, Ruzbeh Piri və başqaları ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə həbsdədirlər.

 

Açıklama yok.

Gunaz.tv.



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022