İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib.
Bu barədə Ermənistan parlamentinin deputat Anna Qriqoryan müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq rəsmi İrəvan bu təklifi cavabsız qoyub: “İranla bu iki il ərzində bir dənə də olsun təlim keçirilməyib”-deyə A.Qriqoryan vurğulayıb.
Deputat qeyd edib ki, bunun üçün heç müvafiq hüquqi baza da formalaşdırılmayıb: “Ermənstan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkəmiz geopolitik toqquşmaların mərkəzinə çevrilə bilər”-deyə A.Qriqoryan narazılıq edib.
Gunaz.tv