BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranda seçkilər: “Xalq bilir ki, bu, diktatura rejimini qorumaq üçün qurulan bir oyundur”-Məhsa Mehdili

13:44 / 10-06-2021   /   baxış - 1168

​​​​​​​İyunun 18-də İranda prezident seçkiləri keçiriləcək. Həmin gün ölkə əhalisi Şəhər şuralarına nümayəndələr seçəcək. Siyasi şərhçi Məhsa Mehdili “Amerikanın səsi”nə müsahibədə İranda gedən seçki prosesini şərh edib.

Siyasi şərhçi bildirib ki, artıq İran cəmiyyəti seçkilərin nəyisə dəyişəcəyinə ümid etmir.

“Bu günə qədər İranda yaşayan millətlər az da olsa bir şeylərin dəyişməsi ümidilə seçkiyə gedirdi. Amma artıq ölkə əhalisinin əksəriyyəti bu qənaətə gəlib ki, seçkilər bu diktatura  rejiminin qorumaq məqsədilə keçirilən bir oyundur”-deyə, Məhsa Mehdili bildirib.

Sabiq prezident Məhəmməd Xatəmidən üzü bəri işləyən prezidentlərin demokratiya və insan hüquqları ilə bağlı verdiyi vədlərə diqqət çəkən Məhsa Mehdili bildirib ki, hər seçkidə İran cəmiyyəti sanki bir tamaşa izləyir: 

“Biz həmişə bir tamaşa izləmişik. Öncə yazdıqlarımız dediklərimiz sonra təsdiq olunur. Seçki dövründə  bir rəqabət mühiti yaradırdılar. İnsanlara təsir edən seçki şüarları irəli sürən namizədlər ortaya çıxarırlar. Bunu Məhəmməd Xatəmi dönəmində də gördük, Mahmud Əhmədinejad və Həsən Ruhani dönəmində də. 

Namizədlərin seçki platformasında  demokratiya və insan haqları ilə bağlı çeşidli vədlər olur. İranda yaşayan hər millətin nəbzinə görə vədlər verirdilər”.

Məhsa Mehdili bildirib ki, hazırkı prezident Həsən Ruhani Güney Azərbaycanda təşkil etdiyi ötən dəfə keçirilən seçki kampaniyasında türk dilində təhsilə icazə veriləcəyini, Türk Dil Qurumunun yaradılcağına dair vədlər vermişdi.

“Ancaq o, keçən aprel ayında ana dilində təhsil tələbini “bədxahların fitnəsi” kimi dəyərləndirdi”-deyə, siyasi şərhçi bildirib.

Məhsa Mehdili deyib ki, namizədlər ictimai rəyə uyğun danışır, vədlər verirlər: “Bunların əlbəttə ki, ictimai rəyi yoxlamaq üçün vasitələri var. Sorğu keçirirlər, tədqiqat aparırlar.

Misal üçün, bunlar bilirdi ki, Azərbaycanda ana dili məsələsi və Urmiyə gölünün qurudulması ilə bağlı bir narahatlıq var. Həsən Ruhani də gəldi, Azərbaycanda irəli sürdüyü vədlərini tam da o məsələlərin üzərində qurdu. Vədlər verdi və cəmiyyətdə bir həyəcan yaratdı”.

Siyasi şərhçi İran toplumunun artıq keçmişdə baş verənlərdən “dərs çıxardığını” bildirib: 

“Artıq xalq da anlayır ki, bunların necə deyərlər “eyləmi ilə söyləmi”, yəni sözü ilə əməli bir-birini tutmur. Məsələn, biz ən çox məhbusu Həsən Ruhani dönəmində gördük. 

Edamların sayı azalmadı. Qadın hüquqları ilə bağlı vəziyyət dəyişmədi. Tək Ruhani deyil, fərqli rənglərə boyansa da hamısı birdir". 

Prezident seçkiləri və İslami Şəhər və Kənd şuraları seçkilərinin eyni gündə keçirildiyinə diqqət çəkən Məhsa Mehdili deyib ki, bu rejimin taktiki gedişidir: “Toplum prezident vəzifəsinin ciddi olmadığını və prezidentin rəhbərin əmr qulu olduğunu görür. Şuralarda isə durum fərqlidir. İranda siyasi mühit qapalıdır. 

 

Siyasi partiyalar yoxdur. Amma şəhər şurası seçimlərində fərqli mühit yaranır. Şəhər Şurasının önəmli səlahiyyəti olmasa da, kiçik bölgələrdə, kəndlərdə, tayfalar və ya şəhərin tanınan şəxsləri arasında bir rəqabət, bir seçki həyəcanı yaranır. İnsanlar bunun təsirində seçkiyə  gedirlər”. (Amerikanınsəsi)



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022