BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Rza Haqqı: Yeməyin keyfiyyətinə etiraz edəndə də, ittiham pantürkizm olur [Audio-Müsahibə]

20:48 / 05-07-2016   /   baxış - 957

“Baxmırlar ki, siyasi etirazdır, yemək məsələsi, ya universitet problemləri ilə bağlıdır. Bir baxış var ki, Azərbaycanda etiraz edən tələbələrə qarşı irəli sürülən birinci ittiham pantürkist ittihamıdır,” deyə Urmiyədən Amerikanın Səsinə danışan tələbə fəal bildirir. Rza Haqqi müsahibədə Güney Azərbaycan vilayətlərində tələbələrin digər bölgələrlə müqayisədə daha artıq basqıya məruz qaldıqlarını deyir.

Rza Haqqi ötən günlərdə Urmiyə Texniki Universitetində yeməyin keyfiyyətinin aşağı olmasına etiraz olaraq təşkil olunan tələbə aksiyası haqda danışaraq bu kimi aksiyaların keçmişdə də keçirildiyini bildirir. O, etirazların yemək mövzusu ilə məhdudlaşmadığını, müxtəlif problemlərlə bağlı həmin universitetdə tələbə etirazlarının keçirildiyini deyir.

“Yeməkləri hazırlayan şirkət universitet təsis edildikdən bəri bu işi görür. Etirazlara da baxmırlar. Etirazlardan sonra hər hansı dəyişiklik olmayıb, olubsa da keyfiyyətin daha da aşağıya düşməsi şəklində olub. İstifadə etdikləri maddələr aşağı keyfiyyətlidir. Sağlıq qaydalarına riayət olunmur... Bu dönəm yeməklər üzündən 30-dan artıq öyrənci zəhərlənərək xəstəxanaya aparılıb,” deyə Haqqi tələbələrin aksiya keçirməsinə səbəb olan duruma anladır.

Urmiyə Texniki Universitetinin tələbəsi etirazlar mövzusunda ölkədəki ümumi durumla universitetlərin durumunun eyni olduğunu önə çəkir:

“İran hakimiyyətinin ümumi siyasətində, insanlar istəklərini ortaya qoyanda ağır basqılarla üzləşir, zindan və ağır hökmlərlə qarşılaşırlar. Bu siyasət Azərbaycanda iki qat artır. Fərqli ittihamlar vurulur: separatist və pantürkist kimi. Universitetdə də eyni siyasətdir.”

Onun sözlərinə görə rəhbərlik tələbələrin fundamental hüquqlarına etinasız yanaşır. "Tələbəyə maddi bir vasitə kimi baxırlar. Həm etirazdan öncə qatılmaq istəyənləri, həm də etirazdan sonra qatılanları təhsildən məhrum etmək ya uzaqlaşdırmaqla təhdid edirlər. Universitetin təhlükəsizlik qurumu ailələrlə təmas quraraq da təhdid edir,” o bildirir.

Rza Haqqi yemək və bu kimi problemlərin çözülməməsinin bir səbəbinin də düzgün tələbə qurumlarının mövcud olmaması ilə əlaqədar olduğunu qeyd edir.

Urmiyə Texniki Universiteti - Tələbələr aşağı keyfiyyətli yeməkləri yeməkdən imtina edir.

“Mədəni fəaliyyətlərə fəza açıq deyil... Dərgi ya ana dili ilə bağlı fəaliyyət edənlərə separatist ittihamı vururlar... Aydın adlı tələbə dərgisini sadəcə Türk sözünü yazdığı üçün qapatdılar... Öyrənci Gününə dair bir şənlik mərasiminə qatılan neçə nəfəri intizam komitəsinə çağırmışdılar. Onlara qarşı irəli sürülən birinci ittihampantürkizm ittihamı oldu. Çağrılanların biri türk belə deyildi, başqa etnik qrupdan idi. Ona da Pantürkizm ittihamı vurmuşdular,” deyə o tətbiq olunan basqılardan bəzi nümunələrə diqqət çəkir.

Audio:

http://av.voanews.com/clips/VAZ/2016/07/01/a4ba57c4-a391-4df3-826d-e8fd45a90553.mp3

İstinad: Amerikaninsesi.org



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022