Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözcüsü İsvecdə yaşayan Mahmud Bilgin
Güney Azerbaycandakı son olaylarla bağlı müsahibə verib.
- Mahmud bəy, artıq bir neçə gündür ki, Güney Azərbaycanda milli fəallar bir sıra şəhərlərdə etiraz aksiyaları keçirir, nədən bu aksiyalar baş verir, siz bu hərakatı gözləyirdinizmi?
- 90 ildir, İranda türklərə qarşı, irqçilik siyasəti, təhqir və aşağılama rəsmi dövlət siyasəti olub. Gündəlik bu çirkin və axlaqsız görüntülərlə qarşı-qarşıyıq . İranda irqçi sistem çalışır. Ancaq bu o qədər də başarılı olmayıb. Son bir neçə ildə bu yöndə üç etiraz aksiyası ilə tanış olmuşuq. 1. 2006-cı il may milli qiyamı, “İran” adlı rəsmi qəzetində, türklər farsların tualetlərdə pisliklərindən istifadə edirlər deyə yazısına qarşı , yüz min insanın etrazı nədən olmuş, Güney Azərbaycanda 17 şəhərdə on gün etiraz davam etmiş, yüzlərcə yaralı və onlarca şəhidimiz olmuşdur. Bu qiyam İran rejimin tam silkələdi. 2. 2015-ci ilin oktyabrında İran TV-də uşaqlar proqramınd Fitilə adlı verlişdə guya, türklər dişlərini diş fırçası yerinə tualet fırçasından istifadə etdiklərinə görə ağızları qoxur söylənilmişdi. Buna da yüz min milli fəalımız etiraz etmişdi. Hər iki hadisəyə görə dövlət üzr istəmiş, sonra o proqramın aparıcılarını mükafatlandırıblar. 3. Fars şovenizminin növbəti aşağılama və təhqiri estafetini bu dəfə Şərqi Azərbaycanın “Tərh-i No” (Yeni Plan, Yeni Cizgi) qəzeti ələ alır. Əsgəri dərgidə iyulun 20-də Firdovsinin Şahnamə əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi, pis və s. kimi adlarla təqdim edib. Müəllif türklərlə yanaşı qadınlara da hörmətsizlik göstərib. “Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get qadınlar kimi əlinə pambıq və mil götür” - deyə qəzetdə dərc edir. İrqiçilik baxışından türkləri təhqir etmək yetmirmiş kimi bir də alçaq və geri ideoloji dünyalarında qadınlara xor baxmaq, qadını, ərkəyin yarısı kimi tanımaqda, dala qalmış dünya baxışlarında da yer almışdır. Azərbaycan türkləri bu planlı aşağılamalara etraz göstərərək ,Təbriz , Urmiyə, Ərdəbil, Xoy, Tehran və özəlliklə internetdən istifadə edib. Aaksiyalarda “Haray, Haray, mən türkəm”, “Azərbaycan milləti – Çəkməz bu zilləti”, “Azərbaycan var olsun –istəmiyən kor olsun , biz ölməyə hazırıq”, “Babəkin sərbazıyıq” və s. kimi şüarlar səsləndirildi. Şəhərlərimizdə onlarla fəaləməzə həbs edirlər, onlara qarşı dosya hazılandıqdan sonar hələlik buraxırlar , neçə ay sonar yenidən tuturlar. Hər etraz aksiyasından sonar bu metodla qarşı-qarşıya olmuşuq. Güney Azərbaycanda, İranın Farsçı və sözdə Şiəçi hakimiyyətinə altirnativ təkcə güc, Güney Azərbaycan Milli Hərəkatı olduğu üçün hər ciddi aşağılamada reaksiya verilmə gözlənilirdi.
- Nədən Azərbaycan devrim mühafiz əsgərləri belə çirkin alçaqlamalara görəvlənir?
- Bu dəfə məsələ çox ilgincidir. Şərqi Azərbaycanın nizami əsgərlik qüvvəsi, planı hazırlayır sonra Süpahi Aşura başqanı Sərdar Kərimiyan o hərəkəti pisləyir və millətin, yanında olduğunu söyləyir. Ancaq şəhərlərdə hirsli etraz aksiyalarına qarşı şiddətlə güc göstərir. Demək bu dəfə irqçiliq siyasətini qullanaraq , birinci tapdalama, alçaqlama və aşağılama siyasətin davam etməsində Azərbaycan devrim mühafilərin qullanaraq millətlə onların arasını daha açırlar. İkinci bu qüvvə vastəsilə 2015-ci il oktyabrdan bu yana yeni milli fəalların tanımağa çalışırlar. Üüçüncü, günü-gündən güclənmiş dirəniş ruhiyyəsini böyük miqyasda devrim mühafizləri vastəsilə boğmaq istəyirlər. Milli Hərakatımız bu oyunları pozdu. Əsas gücümüzü nə zaman ortaya qoymağı uyğun zamanda milli hərəkat bəlirlər deyə Fars şovinizminə ciddi mesaj Verdi.
- “Tərh-i No” Əsgəri qəzeti Milli Hərəkata qarşı keçmişdə də fəaliyyət də bulunmuşdurmu?
- Şərqi Azərbaycanin devrim mühafiz Əsgərlərinin (Supahın) “Tərh-i No” qəzetəsinin iki əsasi görəvi var - Güney Azərbaycanın içində Güney Azərbaycan Milli Hərakatına nəzarət etmək, nifaq yaratmaq, millətimizi asimlyasiya etmək üçün şərait yaratmaq və habelə İranın bütünlüyünün qoruması yolunda, Türkiyə və Azərbaycan dövlətinə qarşı çaba göstərmək olmuşdur. Zaman-zaman millətimizin mədəni və dilini alçaqladmış və fəallarımız içində təfriqə yaratmaq və dirəniş ruhiyyəsini sındırmaq əsas yazılarından olmuş. İki il öncə də “Tərh-i No” əsgəri qəzetə Yeni Gamoh lideri Dr Lətif bəy Hasanli, Yürüş bəy Mehrəlibəyli, Quzey Azərbaycandan Hakim bəy Sadiqov və habelə mənə qarşı alçaqlamalar olunub.
- Siz gələcəyi necə görürsüz?
- Günü-gündən artıq Milli Hərəkatımız ailələr içində, özəlliklə gənclərimizin güc qaynağına çevirilir . Milli siyasi tutulanlarımızın getdikcə sayının çoxalması yalnız rejimin qorxusunu göstəricisi olub. Aclıq aksiyaları tutulanların içində normaya çevirilib və adiləşir. Rejimin öz durumu da getdikcə pisləşir. Diktatorluğun qorxutma politikası çatlayıb, eyni halda İran rejimi iqtisadi cəhətdən də böhran içindədir. Ümidsizlik millət içində günü-gündən çoxalır. Rejimin Ruhan kartı da çəkisini itirib. Təkcə güney ölkələrı, bəlkə bütün müsəlman ölkələri də rejimin terrordan himayə, məzhəbçilik və irqiçilik siyasətlərinə qarşı durublar. Bütün parametrlər Milli Hərakatımızın leyhinə işləyir, bunlar ümidvericidir. Ona görə millətimizin əsas sözü budur “Gələcək bizimdir”.
İstinad: gadp.org