BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranda seçkilər: Kilsə erməni icmasına çağırış etdi

13:41 / 10-06-2021   /   baxış - 1005

Güney Azərbaycandakı Erməni apostol kilsəsinin Atrpatakan yeparxiyasının rəhbəri erməni icmasını prezident seçkilərində fəal iştirak etməyə çağırıb.

Qurum Güney Azərbaycanda məskunlaşan erməniləri prezident və İslami şəhər və kənd şuralarına keçiriləcək seçkilərdə mütəşəkkil qaydada və vahid mövqedən bir şəkildə iştirak etməyə dəvət edib.

“Azərbaycanda yaşayan erməniləri, erməni təşkilat və dərnəklərini seçkilərdə aktiv iştirak etməyə və bu vasitə ilə birliyimizi dünya ictimaiyyətinə nümayiş etdirməyə səsləyirik”-deyə, çağırışda qeyd olunur.

“Seçkilərdə aktiv iştirak etmək Xomeyni dəyərlərinə sadiqliyimizi bir daha sübut edəcək”-Erməni apostol kilsəsinin Atrpatakan yeparxiyasının rəhbəri Qriqor Çiftçiyan adından yayınlanan çağırışda deyilir.

Seçkidə fəallıq bu hər bir erməninin vəzifəsi adlandırılır.

Qeyd edək ki, son 42 ildə İran İslam Respublikasının zindanlarında edam edilmiş bir sıra siyasi məhbusların və 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda rejim qüvvələri tərəfindən qətlə yetirilən dinc aksiyaçıların ailə üzvləri ölkə vətəndaşlarını prezident seçkilərini boykot etməyə çağırıb.

İranın 25 əyalətinin 50 şəhərindən olan 231 siyasi-mədəni fəal da mayın 17-də xalqı boykota səsləyib.

Bəyanatda bildirilir ki, diktator və səriştəsiz “Vəliyyi-fəqih” rejiminin repressiyalarının qurbanı olmuş ölkə əhalisi dinc yollarla korrupsioner islam respublikasından azad və demokratik bir hakimiyyətə keçmək üçün qarşıdan gələn prezident seçkiləri şousunu boykot etməlidir.

Eyni halda İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da daxil olmaqla, İran hökumətində yüksək vəzifə tutan bir sıra şəxslər də xalqı seçkiləri boykot etməyə səsləyiblər.

 

Gunaz.tv.



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022