BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Fars şovinistləri vəfat etmiş azərbaycanlı yazıçıya qarşı qarayaxma kampaniyasına başlayıb

14:51 / 27-03-2022   /   baxış - 766

İranda fars şovinist çevrələri dünən vəfat etmiş güneyli yazıçı, ana dili hərtəkatının tanınmış siması Rza Bərahəniyə qarşı təbliğata başlayıb. Panfarsistlər onu "satqınlıq"da ittiham edir.

Onlar Rza Bərahəninin mühacirətdə İranda türk dilini olan basqılarla bağlı yazılarını və müsahibələrini "İrana xəyanət" kimi dəyərləndirirlər.

Qeyd edək ki, ünlü yazar verdiyi müsahibələrdə İranda qeyri-fars dillərinin sıxışdırıldığını bildirib. O, məktəb illərində türkcə yazdığı inşaya, hazırladığı divar qəzetinə görə üzləşdiyi basqılardan danışıb.

“Rza Bərahəninin yalanları insanı təəccübləndirir. O, bir ömür fars dilinin çörəyini yeyib, farsca yazdığı əsərlərlə tanınıb. Ancaq türk dilinin rəsmi dil olmaması, o dildə təhsilin qadağan edilməsinin Beynəlxalq İnsan Haqları Konvensiyalarına zidd olmasını iddia etməsi qəribədir”-deyə, fars millətçiləri sosial mediada paylaşımlar edirlər.

Onlar türk yazıçının öz oğluna türkcə Oktay adı seçməsini İran və fars mədəniyyəniə zidd hesab edib, bunu ona irad tuturlar.

“Maraqlıdır ki. Rza Bərahəni öz oğluna Çingiz xanın oğlunun adı olan Oktay adını qoyub”-deyə, panfarsistlər yazıblar. 

Bununla yanaşı İran televizyasının keçmiş aparıcısı Selamə Seyidniya Bərahəninin ölüm xəbərindən sevndiyini bildirən paylaşım edib.

"Çox gözəldir yuxudan durub və eşidəsən ki, Əzrail daha bir xaini özü ilə aparıb. Dahada çox aparsın"-deyə, yazıb.

 

Qeyd edək ki, Kanadada mühacirətdə yaşayan güneyli yazıçı Rza Bərahəninin martın 25-də vəfat edib.

Gunaz.tv.

 

 



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022