İran Dini Lideri Xamneyinin Ərdəbil əyaləti təmsilçisi Ayətullah Amili Hz. Mehdi zuhur ettiyi zaman Türklere qarşı savaşacağını iddia edib. Təbrizin Engəci mescidində danışan Amili bu cümlələri işlədib: “İmami Zaman (Hz. Mehdi) Suriya və İraqda Türklərlə döyüşəcək. Türkiyədə kleçirilən son İstanbul toplantısı (İslami İş Birlik Toplantısı) dollar ve pul toplantısıydı.”
Bu şəxsin çıxışı İranın necə bir dövlət olduğunu ortaya qoyur. Əslində, bu ifadələri işlədən bu şəxs özü casus rolunu oynamaqla dünyanın iri güclərinin maraqlarına oynayır və İslam aləminin parçalanmasına birbaşa xidmət edir. Amili sözlərinin davamında Güney Azərbaycan Türkçüleri ve İranda Türk kültürünə xidmət edənləri İsrail casusu kimi qiymətləndirib: “İsrail 500 nəfəri İranda qövmlər arasında ixtilaf yaratmaq üçün hazırlamışdır. Təəssüf ki, bunların əsərlerini Təbrizdə göre bilirik və bizim yetkililərin buna qarşı ətraflı layihəsi yoxdur.”
Bütün bunlar göstərir ki, İran bu gün türkçülüyü özünə qarşı ən böyük maneə görür. Bu mənada bu cür adamları dilləndirir. Ondan fərqli olaraq biz hesab edirik ki, dinimiz birdir. Biz bir peyğəmbəri (ə), onun əhli-beytini (ə), Raşidi-xəlifələri (ə) və sahəbələri qəbul edirik. Bunun bariz nümunəsi Azərbaycanda məscidlərdə sünnilərlə şiələrin eyni imam arxasında namaz qılmalaqla vəhdət yaratmalarıdır. Əsl din adamı vəhdət uğrunda mübarizə aparıb bütün müsəlman dünyasına xidmət etməlidir. Bu şəxş göstərir ki, İranda fars şovinizminə xidmət edən adı İslam, özü İslam olmayan bir din formalaşmışdır. Bütöv Azərbaycan Ocaqlarının sözçüsü olaraq bu şəxsin söylədiklərinə kəskin etiraz edir və onu əsl İslam yoluna qayıtmağa səsləyirəm. Bu gün İranda "Haray, haray mən Türkəm!" deyən insanlara iftira yapışmaz. Bunlar Bütöv Azərbaycan uğrunda mücadilə aparan Böyük Azərbaycanın ən ləyaqətli nümayəndələridir və onların səsi bütün Azərbayacanı ayağa qaldıraraq bütövlüyümüz təmin etdirəcəkdir!
Dilavər Əzimli
Bütöv Azərbaycan Ocaqlarının (BAO) sözçüsü