BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Millət vəkili Şorik kəndində baş verən yanğın hadisəsi ilə bağlı danışdı: “Pul var, ama Qərbi Azərbaycanda xəstəxana tikmək üçün deyil...”

22:00 / 06-07-2016   /   baxış - 972

Güney Azərbaycanın Urmiyə şəhərinin İran paralamentindəki millət vəkili Xoy şəhərinin Şorik kəndində baş verən yanğın hadisəsi barədə “Nedaye Urmiyə” xəbər agentliyinə danışıb.

Hadisə qurbanlarının yaxınlarına başsağlığı verən millət vəkili Qərbi Azərbaycanda yetəri qədər tibbi avadanlıq və imkanların olmadığından şikayətlənib. “Şorik kəndində qaz balonunun partlaması nəticəsindən baş verən yanğın, çox acı bir hadi hadisə idi və hər kəsi kədərləndirdi. Tibbi avadanlıq və imkanların məhdud olduğu üçün hadisədə xəsarət alanların bir neçəsi Tehran və İsfahana köçürüldü. Bütün bunlar göstərir ki, Qərbi Azərbaycanda xüsusi yanıq xəstəxanasına ehiyac var. Biz bunu dəfələrlə tələb etmişik, lakin tələbimiz təmin edilməyib”- deyə millət vəkili vurğulayıb.

Nadir Qazipur sözügedən xəstəxananın tikilməməsini vəsaitin olmaması ilə əlaqələndirib. O bildirib ki, “Tehran həkimlərinin bütün tələblərini ödəmək üçün kifayət qədər pul var, ama Qərbi Azərbaycanda xəstəxana tikmək üçün pul yoxdur. Belə məsələlərə görə, səhiyyə sahəsində problemlər öz həllini tapmır.”

Xatırladaq ki, hadisə iyunun 29-u axşam saatlarında Xoy şəhərinin yaxınlığındakı Şorik kəndində baş verib. Kənd evlərindən birində qaz balonundan qazın sızması nəticəsində partlayış əmələ gəlib və evin 4 sakini ağır yaralanıb. Hadisədən az sonra yaralıların yardımına gələn kənd sakinləri, evə daxil olarkən yenidən partlayış olub. İkinci partlayışda isə daha 20 nəfər müxtəlif xəsarət alıb. Hazırda hadisədən ölənlərin sayı 12 nəfərə çatıb.

 

 

İstinad: GünAz TV



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022