İranda başlayan etiraz nümayişlərinin 52-ci günündə, noyabrın 7-i gecə saatlarında bir neçə şəhərdə hökumət qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma olub, onlarla etirazçı həbs edilib.
Gilan əyalətinin Siyahkəl şəhərində etirazçılara odlu silahlardan atəş açıldığı və bir neçə nəfərin yaralandığı bildirilir.
Bununla yanaşı Universitetlərdə də öyrəncilərin tətil aksiyaları davam edib və yüzlərlə Universitet müəllimi bəyanat imzalayaraq hökumətin repressiyalarını pisləyiblər.
Gunaz.tv