BÜTÖV AZƏRBAYCAN OCAQLARI
"Rəsul Rəzəvi iradəsi və susmuş vicdanlar" (Güney Azərbaycanda milli haqları uğrunda savaşanlara sayğılarla)

12:03 / 08-11-2016   /   baxış - 749

Bir aydan çoxdur ki, Güney Azərbaycanın tanınmış milli fəallarından biri, ötən yay müsəlman uyğurların Çin rejimi tərəfindən soyqırıma məruz qalmasına etiraz etdiyinə görə həbs olunaraq hazırda məhbəs həyatı yaşayan  Rəsul Rəzəvi aclıq aksiyasını davam etdirir. Bəli məhz müsəlmanın kommunist rejim tərəfindən zorakılığa və soyqırıma məruz qalmasına etiraz etdiyi üçün..

 Susan vicdanların haqsızlığı qarşısında dirənən Rəsul Rəzəvi bundan öncə də ötən yay 28 günlük aclıq aksiyasına əl atmış, lakin o zaman da mövcud hakimiyyətin despotik rejimlərin mahiyyətinə xas olan laqeydliyilə üzləşmişdi. Bəs, nədir Rəsulun günahı? Bəlkə öz müsəlman bacı qardaşlarının qətliamına qarşı biganə qalmamasıdır onun suçu?! Bəlkə "haqsızlıq qarşısında susan dilsiz şeytandır" söyləyən islam peyğəmbərinin bu hədisinə olan inamını gerçəkləşdirməsidir?!

Hər il mübarək ramazan ayının son günündə İranın demək olar ki, bütün şəhərlərində əhali küçə və meydanlara çıxaraq Qüds Günü nümayişlərində Fələstin xalqı ilə həmrəylik nümayiş etdirər.  İyulun 10-da Qüds günü münasibəti ilə İsrailə qarşı keçirilən ənənəvi yürüşlərlə eyni zamanda Güney Azərbaycanın bir sıra şəhərlərində bəzi türk fəallar əllərində plakatlar və Doğu Türküstan bayraqları ilə uyğurlara dəstək, Çin hakimiyyətinin siyasətlərinə də etirazlarını nümayiş etdirdilər. Amma o gün Fələstinin məzlumları ilə həmrəy olanların durumundan fərqli olaraq Doğu Türküstanın məzlum müsəlmanlarına dəstək olanların aqibəti zindan oldu. Hər ikisi müsəlman, hər ikisi zülmə məruz qalmış, hər ikisi öz yurdunda vətənsizlik yaşayan olsa da islamın bərabərliyi iddiasında olan rəsmi Tehranın bu şəkildə bərabərsiz yanaşması gerçəkdən təəsüf doğurdu. Əgər bu addım kommunist Çin müqabilində siyasi-strateji əməkdaşlığa səqadətin təcəssümüdürsə də belə, müsəlman uyğurların dini inanclarına qarşı həyata keçirilən diskriminasiya müqabilində müsəlman İranın mövqeyi məqbul sayıla bilməz. Heç kəsə sirr deyil ki, İran ayətullah və höccətulislamlarının islama öndərlik iddiası yerə göyə sığmır. Bu gün Çində də 40 milyondan artıq Məhəmməd ümməti var ki, onların varlığı üçün din faktoru hər zaman həyati önəm daşımış və bu gün də daşımaqdadır.  Elə Rəsul Rəzəvi və başqa oyaq vicdanların da istəyi fələstinlilərin acısına şərik olunduğu kimi uyğurların da faciəsinə biganə qalınmamasıdır. Necə ki, onlar bu əməli inancı qarşısında təəhhüdlü müsəlman kimi gerçəkləşdirdilər. Nəsibləri isə məhbəs oldu.  Görünür sizlər üçün xütbələrdə daim israr etdiyiniz "bir müsalmanın haqqı tapdanarsa onun müqabilində susmaq belə cinayətdir" prinsipinin ikili - islama deyil məzhəbə, ümmətə deyil millətə, mənəviyyata deyil siyasətə əsaslanan mahiyyəti varmış. Hərçənd bu yanaşmanı istər  Ağdam məscidini tövləyə çevirən ermənilər qarşısındakı mövqeyinizlə, istərsə də Nardaranda baş verən olaylarda kifayət qədər müşahidə etmişik. Görəsən Azərbaycanda həbs olunan dindarların məsələsinə ənənəvi müdaxiləsindən bir an usanmayan rəsmi Tehran nədən öz azərbaycanlı- türk vətəndaşlarının nəinki milli haqlarını qazanmaq uğrunda mübarizəsinə, hətta qardaş uyğur müsəlmanlarına sahib çıxmasına  bu qədər amansız yanaşmalıdır? Yəqin bu sualın tək cavabını haqqı tapdananın da, haqqı istəyənin də məhz türk, Tehranın, Qumun dini təbliğatından nəsibini almamış müsəlmanlar olmasında axtarmaq olar. Nə yazıq ki, İranın siyasi sistemində, hakimiyyət strukturunda hər hansı dəyişiklik olursa da belə bu nəhs - insanlığa, ədalətə, islama, qurana və vicdana zidd "ənənə" davam etməkdədir.

Bu günlər İranın siyasi həyatında həm də yeni bir önəmli olayı müşahidə etməkdəyik. Nəhayət uzun illərdən sonra türk varlığını inkar etməyə çalışan siyasi sistem ölkənin bütün türk millət vəkillərinin bir araya gəlməsinə yaşıl işıq göstərməyə məcbur oldu. İnanırıq ki, yaradılan " Türk millət vəkilləri fraksiyasının fəaliyyət gündəmində bu gün dili və milli varlığı uğrunda məhbəs həyatı yaşayan soydaşlarımızın -  Rəsul Rəzəvi, Yürüş Mehrəlibəyli, Lətif Həsəni, Murtəza Muradpur, Hüseyn Əliməhəmmədi, Siyamək Mirzayi, Behnam Şeyxi və başqalarının üzləşdiyi ədalətsizliyə son qoyulması yönündə çalışma əsas prioritetlərdən olacaq.  Unutmamalıyıq ki, bu gün millət adına qazanılan hər uğurun arxasında elə Rəsul Rəzəvi və onun sarsılmayan silahdaşlarının dəmir iradələri dayanmaqdadır. Və məhz o iradədir ki, bir gün bütün susmuş , kor vicdanların dilini açacaq və soydaşlarımıza haqq etdikləri HAQQI qazandıracaq.

P.S. Biz istər Ümid Partiyası olaraq siyasət kursumuzda, istərsə də ictimai fəaliyyətimizdə Güney Azərbaycandakı soydaşlarımıza öz milli haqları  və kimliyi uğrunda mübarizədə dəstək olmağı borcumuz bilirik. Çünki sonucundan asılı olmayaraq bu mübarizənin haqq olduğuna əminik.

 

Rüfət Muradlı

Ümid Partiyasının sədr müavini



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022