BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Fars olmayan millətlərin bütün sərvətləri talanır”-Milli fəallar bəyanat yaydı

00:35 / 03-05-2022   /   baxış - 565

Güney Azərbaycanın milli hərəkatın təmsilçiləri 1 May Beynəlxalq İşçi Günü münasibətilə bəyanat yayıblar.

Bəyanatda deyilir: "İran çox millətli bir ölkədir. Bu siyasi coğrafiyaya hakim olan fars şovinizmi başqa millətlərin insani və milli haqlarını boğmağa çalışır.

Bu zalım siyasət nəticəsində fars olmayan millətlərin bütün yerüstü və yeraltı sərvətləri talanıb və talanmaqda davam edir.

Keçən yüz ildə bütün alanlarda sürdürülən bu ayrı-seçkilik siyasəti, bu gün İran adlanan ölkədə hakim olan ağır iqtisadi duruma nədən olmuş və acınacaqlı durum bütün sahələrdə özünü göstərməkdədir".

Bəyanatda qeyd olunur ki, indi bütün fars olmayan millətlər, özəlliklə güney Azərbaycan türkləri bu şovinist ayrı-seçkiliyin nəticəsində ortaya çıxan yoxsulluq fəlakətini bütün varlığı ilə hiss edir.

"İqtisadi fəlakətin ağır nəticələrini fars olmayan bölgələrdə daha aydın görmək mümkündür.

Bununla yanaşı fars olmayan toplumların dinc və mədəni etirazlarının qarşısı alınır, ədalət istəyənlərə basqı göstərilir, milli-mədəni çalışqanlar davamlı olaraq təhdid edilir"-deyə sənəddə qeyd olunur.

Sənəddə həmçinin güney azərbaycanlı işçilərin başqa xalqların zəhmətkeşləri ilə yanaşı ağır məişət problemlərindən əziyyət çəkdiyi və iş hüquqlarının pozulduğu vurğulanır.

"Ədalət, azadlıq, milli hökumət" şüarı ilə yayılan bəyanatı 

Yəqub Təqəvi, Əkbər Azad, Abbas Lisani, Lətif Həsəni, Mirmusa Ziya Gərgəri, Ayət (Yürüş) Mehrəlibəyli, Əlirza Fərşi və Siyamək Mirzayi imzalayıb.

Gunaz.tv



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022