BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İranda etiraz aksiyalarının 35-ci günü bir neçə şəhərdə nümayişlər keçirilib

16:57 / 22-10-2022   /   baxış - 466

Zahidan şəhərinin sünni cümə imamı Molvi Əbdül Həmid hökumətin Zahidan məscidinə ibadət edənlərin öldürülməsinin səbəbləri ilə bağlı əsaslandırmalarını və iddialarını inkar edib. O, bu cinayətə görə İslam Respublikasının lideri Əli Xameneyi və digər rejim rəsmilərinin məsuliyyət daşıdığını deyib.

İranda etiraz aksiyalarının başlanmasının 35-ci günündə bir neçə şəhərdə nümayişlər davam edib və bir sıra İran rəsmiləri, o cümlədən Tehranın cümə imamı Əhməd Xatəmi etirazçıları şiddətli cəzalandırılacaqları ilə təhdid edib.

Oktyabrın 21-də Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində keçirilən nümayişlərdə hökumət qüvvələri etirazçılara qarşı güc tətbiq edib və Sistan-Bəluçistanın polis rəisi Əhməd Tahiri 57 nəfərin həbs edildiyini təsdiqləyib.

Bununla yanaşı Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində etirazçılar yolları balayaraq hökumət qüvvələrinin repressiyalarının qarşısını almağa çalışıb, başda Əli xameneyi olmaqla İran rəsmiləri əleyhinə şüarlar səsləndiriblər.

Qeş adasında isə nümayişçilər hökumət simvolları üzərinə qanı təmsil edən qırmızı boyalar səpərək Tehran rejiminin dinc etirazçıları öldürməsinə etiraz ediblər.

 

Həmədan əyalətinin Rəzən şəhərində də etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, repressiyalara görə İslam respublikasına nifrətlərini ifadə ediblər.

Timur

Gunaz.tv.



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022