BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Fərzad Səmədli: İran mediası türklərlə bağlı xəbərləri təhrif edir [Audio-Müsahibə]

11:40 / 15-07-2016   /   baxış - 1895

Türk fəalların tez-tez farsdilli medianın Güney Azərbaycan, eləcə də Azərbaycan Respublikası və Türkiyə ilə bağlı siyasətini tənqid edirlər. Jurnalist Fərzad Səmədli Amerikanın Səsinə müsahibədə bu tənqidlərin mahiyyətini açıqlayıb. O, bu siyasətə qarşı görülən əks-tədbirlər və Güney Azərbaycanda qəzetçilik fəaliyyətləri haqqında danışıb.

 

Ankara Universitetində beynəlxalq münasibətlər bölümündə doktorluq dərəcəsi üzərində çalışan Səmədli İran mediasının türklərə qarşı “təhrif, yalan xəbər yayma və boykot” siyasətinin yeni olmadığını, 1979 İslam İnqilabının öncəsində də yürüdüldüyünü vurğulayır:

 

“Bu həmişə olmuş. Şah zamanında var idi, inqilabdan sonra da davam etdi. Xüsusilə Azərbaycan Respublikasının müstəqilliyindən sonra türkçülük və azərbaycançılıq düşüncəsinin güneydə xalq arasında genişlənməsi ilə türklərə qarşı qərəzli xəbərlər, təhriflər, yalan xəbərlər və boykot məsələsi özünü daha çox göstərdi.”

Xəbərlərin boykot edilməsi yaxud təhrif olunaraq yayılmasına dair bəzi nümunələri önə çəkən Səmədli bu siyasəti həm İran daxilində həm də ölkənin xaricində fəaliyyət göstərən farsdilli mediada müşahidə etdiyini bildirir.

İran mediasının yürütdüyü bu siyasətin bir hissəsinin sistemli olduğunu ifadə edən Səmədlinin dediklərinə görə, “xaricdə də eyni siyasət geniş və sistemli şəkildə yürüdülür. Yəni İran rejiminə qarşı olan muxalif qrupların mediasında da biz [türklərlə bağlı] yalan və təhrif edilmiş xəbərləri görürük. Hətta bunlarda daha sistemlidir.”

Ankarada fəaliyyət edən jurnalist deyir ki, “İran mediasında bir də sistemli şəkildə təhqir var. 2006-da türkləri hamam böcəyinə bənzətdilər... Keçən il Fitilə proqramında bir türk uşağını göstərdilər ki dişlərini necə fırçalayacağını bilmir.”

O, həmçinin bu siyasətə qarşı təpkilər və fəaliyyətləri şərh edir:

 

“Farsdilli medianın bu siyasətinə qarşı fəaliyyətlər daha çox sosial mediada olur. Türklər sosial mediada geniş şəkildə fəaliyyət edirlər. Onlar artıq bunu öyrənmişlər ki hər xəbərə inanmasınlar.Yayılan xəbərlərə şübhə ilə yanaşırlar.

İran içərisində media azadlığı yoxdur. Jurnalistlər həbs edilir, qəzetlər qapadılır... Amma buna baxmayaraq hər şeyi gözə alıb çalışan jurnalistlər var...

Lakin, daha artıq çalışmaq lazimdir. Bu, sadəcə bir neçə nəfərin vəzifəsi olmamalı. Hər kəsin üzərinə düşür bu vəzifə. İndi hər kəsin əlində bir qələm, cibində bir telefon var. Hərkəsin bir müxbir, hər kəsin bir fotoqrafçı olması gərəkir. Olay yerində olayı görəndə, bunu başqalarına çatdırması gərəkir.”

Audio: 

http://av.voanews.com/clips/VAZ/2016/07/14/29a7369a-fdbb-4927-9ce6-f598a35408cd.mp3

İstinad: Amerikaninsesi.org



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022