BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Təbrizdə etiraz aksiyası keçirən fəhlələr işdən çıxarıldı-VİDEO

11:32 / 19-02-2022   /   baxış - 733

Fevralın 8-dən tətil aksiyasına başlayan Təbrizin “Motojen” şirkətinin işçilərinə qarşı cəza tədbiri həyata keçirilib. Bu barədə işçilər sosial media hesabında məlumat yayıb.

İşçilər qeyd edib ki, 18 fevral tarixində şirkət rəhbərliyindən məktub alıblar. Məktubdan onların işdən çıxarıldığı yazılıb.

Onlar bildiriblər ki, günəş ilinin sonuna bir ay qalmasına baxmayaraq,  işlərinə son verilib və onlara ödənişlərin dayandırıldığı qeyd olunub.

“Göndərilən məktubda şənbə günü fevralın 19-a kimi ödəniş və əmək haqları ilə bağlı bütün idari işləri yekunlaşdırmaları və qeyd olunan tarixdən sonra şirkətə girişiniz qadağandır”-deyə, etirazçılara göndərilən məktubda bildirilib.

Şirkətin 700 işçisi əmək haqlarının azlığına etiraz etdikləri, əmək haqlarının bərabərləşdirilməsi və şirkətlə birbaşa iş müqaviləsi bağlanmasını tələb etdikləri üçün işdən qovulublar.

Qeyd edək ki, fevralın 8-dən tətil aksiyasına əl atan yüzlərlə işçi iş şəraitlərinə görə qanunla nəzərdə tutulan 4% əlavə ödənişin şirkət rəhbərliyi tərəfindən ödənilmədiyinə görə tətil aksiyası keçirirdilər.

Bununla yanaşı şirkət işçiləri sığorta vəziyyətinin qeyri-müəyyənliyinə, əmək haqlarının verilməməsinə, rəhbərliyin daha çox qazanc əldə etmək üçün işçiləri müvəqqəti olaraq işə götürməsindən narazılıqlarını bildirirlər.

Təbrizin Motojen şirkətində çalışan işçilərin 30%-ı rəsmi qaydada işə götürülüb.

Qalan 70 fazi müvəqqəti və qısa müddətli müqavilələr əsasında çalışdıqları üçün qanunla nəzərdə tutulan bütün imtiyaz və xidmətlərdən məhrumdurlar.

Gunaz.tv



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022