BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq

12:39 / 16-03-2023   /   baxış - 883

Güney Azərbaycanın Zəngan şəhərindən olan keçmiş siyasi məhbus, milli fəal və jurnalist Səid Mətinpur Abbas Lisani ilə görüşündə milli hüquqların tələbi ilə bağlı düşüncələrini bölüşüb.

O, İranda azərbaycanlılarının hüquqlarının pozulmasından danışarkən, azərbaycanlıların hüquqlarının hətta demokratiya tərəfdarı olduqlarını iddia edən qruplar tərəfindən də gözardı edildiyini deyib.

"Biz İranda demokratiyanın qurulmasını istəyənlərin tərəfindən milli hüquqlarımızın tanınmasını istəyirik. Onlar hüquqlarımızın demokratiyanın qurulmasından sonra tanıyacaqlarını iddia edirlər.

Bu necə olacaq, necə edəcəklərr? öz hüquqlarımızın əldə edilməsi üçün özümüz öncül olmalı. addım atmalıyıq",- Mətinpur bildirib.

O, İranda Azərbaycan milli məsələsinin yeni dönəmdə 32 illik tarixə malik olduğunu deyib və bildirib ki, bu hərəkatın istəkləri tamamilə aydın və sistemlidir.

"Biz istəklərimizi mədəni və dinc yollarla bildirməyə çalışmışıq. Mitinq, aksiya, piket, mədəni tədbirlər, sosial şəbəkə və b. vasitələrlə fəaliyyətlərimizi davam etdirmişik. Hazırda bu məsələ kəndlərdə də yayılıb",- keçmiş siyasi məhbus Azərbaycan milli məsələsinin bu gün İranda əsas mövzulardan biri olduğunu deyib.

Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulub. 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib.

2015-ci ilin avqust ayının 26-da 8 illik məhkumluq müddətinin 7 il 2 ayını çəkdikdən sonra konstitutsiyanın 134-cü maddəsinə uyğun olaraq bir neçə ay tez azadlığa buraxılıb.

Gunaz.tv.



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022
İranda 3 etirazçı müəllimə 15 ildən çox həbs cəzası verilib
13:31 / 24-10-2022