Tailandda 20 nəfərin ölümünə səbəb olan partlayışın dalğası hələ də yayılmaqdadır.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün öncə Tailandın paytaxtı Banqkokda İrəvan məbədinin partladılmasına görə son 15 gün ərzində Tailanda daxil olan türk vətəndaşlar şübhəli şəxs qismində nəzarətə götürülüb.
Aidiyyəti qurumlar partlayışın Tailanda qrup şəklində gələn türk bozqurdlar tərəfindən törədilə biləcəyini ehtimal edir. Buna səbəb kimi Tailandın 109 uyğuru Çinə göndərməsi göstərilib.
İngiliscə nəşr olunan “Nation” qəzeti mövzu ilə bağlı dərc etdiyi bir yazıda bu hadisənin təfərrüatını anlamaq üçün Orxan Pamukun “Qar” romanına nəzər yetirməyi tövsiyə edib.