BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türkmən dağı niyə bombalanır? – ŞƏRH

20:16 / 24-11-2015   /   baxış - 1224

Yaxın Şərqdə yeni müharibə ocağı yaranacaqmı?

Son dövrlər dünya mediasını məşğul edən ən mühüm hadisə sözsüz ki, Suriya ərazisində yerləşən və əsasən türklərin yaşadığı Türkmən dağı bölgəsinin bəzi qüvvələr tərəfindən bombardman edilməsidir. Havadan Rusiya, qurudan isə İran hərbi qüvvələrindən dəstək alan Əsəd hakimiyyəti ona müxalif qüvvələrin yerləşdiyi Türkməndağına hücumlar təşkil edir. Təşkil olunmuş hücumlarda 4 min İran, 2 min isə Suriyalı hərbiçi iştirak edir. Rusiya isə bölgəyə hava hücumları təşkil edir.

Bəs, Türkməndağı adlanan bölgə tam olaraq harada yerləşir və region üçün strateji əhəmiyəyəti nədən ibarətdir?

Türkməndağı Suriyanın Türkiyə ilə sərhəd ərazisində, Suriyanın şimal-qərbində yerləşən dağlıq və meşəlik bir ərazidir. Bayırbucaq adlanan həmin bölgə 3 ildir ki, Əsədə müxalif qüvvələrin idarəçiliyi altındadır. Türkməndağı, yaxud da Bayırbucaq adlandırdığımız ərazi region üçün böyük strateji əhəmiyyətə malikdir. Bu ərazi regiona nəzarət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ərazinin Türkiyə ilə birbaşa sərhəddə yerləşməsi isə bu əhəmiyyəti daha da artırır.

Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu Suriya ərazisində yaşayan türkmənlərin əslində bizim soydaşlarımız olduğunu qeyd etdi:

“Biz İraq və Suriyada yaşayan türkmənlərə lap əvvəldən diqqət göstərməli idik. İŞİD-in regiondakı əməllərindən ən çox əziyyət çəkən məhz türkmənlər olub. Həmin vaxt nə Türkiyə, nə də başqa bir dövlət türkmənlərin köməyinə çatmadı. Bir məsələni də qeyd edim ki, Suriya ərazisində türkmən dediyimiz həmin toplum azərbaycanlılardır. Onların danışdığı ləhcəyə baxsaz, görərsiz ki, bizim danışığımızdan demək olar ki, fərqlənmir. Yəni hazırda Suriya ərazisində hücumlara məruz qalan həmin toplum əslində bizim soydaşlarımızdır”.

Bəs toqquşan maraqlar nədən ibarətdir?

“Türkiyə yaranmış vəziyyətdən istifadə etdi” – deyə Mübariz Əhmədoğlu münasibət bildirdi:

“Türkiyənin Suriya ilə bağlı ayrıca mövqeyi var. Türkiyə hakimiyyəti bəyan edir ki, Bəşər Əsəd hakimiyyətdən getməlidir. Rusiyanın isə Suriyada təşkil etdiyi hərbi əməliyyatlarda bir məqsədi var: İŞİD mövqelərini məhv etmək. Belə güman edirəm ki, indiki halda Suriya hərbiçiləri Rusiyaya yanlış koordinat verib. Buna görə də, Rusiya yanlış olaraq həmin bölgəni bombalayıb. Türkiyənin bölgəyə 500 nəfərlik qoşun isə siyasi əhəmiyyət kəsb edir. Bununla Türkiyə yaranmış vəziyyətdən istifadə edərək qoşunlarını Suriya ərazisinə yeritdi. Əslində, Suriya ərazisinə qoşun yeritmək Türkiyənin çoxdankı planı idi. Lakin ABŞ Türkiyənin bu planına mane olurdu. İranın həmin əraziyə qoşun göndərməkdə məqsədi isə Türkiyəyə qarşı önləyici tədbir görməkdən ibarət idi. İranın qəti mövqeyi ondan ibarətdir ki, Türkiyə Suriyaya daxil olmasın”. 

Politoloq Fikrət Sadıqovun fikrincə, Türkiyə regionda son dərəcə maraqlı dövlətdir:

“Qeyd edim ki, həm İranın, həm də Rusiyanın Türkməndağında həyata keçirdiyi hərbi əməliyyatlarda vahid məqsədi var: İŞİD mövqelərini məhv etmək və regionda mövqelərini möhkəmləndirmək. Lakin hər iki dövlət bəzi məqamları unudurlar. Belə ki, İŞİD-ə qarşı mübarizə fonunda bəzi etnik azlıqlar da əziyyət çəkir. Ölkənin şimal-qərbində məskunlaşmış türkmənlər də bu azlıqlardan biridir. Təbii olaraq, Türkiyə məsələyə adekvat münasibət bildirdi. Türkiyə sərhəd ərazilərində həyata keçirilən hərbi əməliyyatlar qarşısında səssiz qala bilməzdi. Çünki regionda Türkiyənin özünəməxsus maraqları var. Buna görə də Türkiyə dərhal Rusiyaya nota göndərdi. Hətta münaqişə baş verən əraziyə 500 nəfərlik xüsusi təyinatlı qoşun da yeridildi. Bunun özü sübut edir ki, Türkiyə bölgədə son dərəcə maraqlı dövlətdir”.

Bəs bütün bu hadisələrin fonunda regionda yeni münaqişə ocağının yaranacaqmı?

“Yeni bir geosiyasi gərginliyin yaşanacağı labüd” – deyə Fikrət Sadıqov fikir bildirdi:

“Düşünürəm ki, Türkiyənin bölgəyə 500 nəfərlik qoşun göndərməsi genişmiqyaslı müharibənin başlayacağı demək deyil. Genişmiqyaslı müharibənin başlamasından danışmaq hələ çox erkəndir. Lakin bütün bu proseslərin yekununda yeni bir geosiyasi gərginliyin yaşanacağı labüd görünür. Çünki söhbət maraqların toqquşmasından gedir. İran və Rusiya isə faktiki olaraq, Suriyada siyasi nəzarəti ələ almaq istəyirlər. Bu baxımdan həm İran, həm də Rusiya üçün Türkiyə sərhədində nəzarəti ələ almaq böyük əhəmiyyət kəsb edir. Təbii ki, Türkiyə böyük gücə sahib dövlətdir və öz sərhədində baş verən hər hansı hərbi müdaxilə qarşısında aciz qalmaz. Məhz buna görə də bölgəyə qoşun yeridildi. Sözsüz ki, bu 500 nəfərlik qoşun türkmənləri qorumaq məqsədilə Suriya ərazisinə yeridilib. Yəni irimiqyaslı müharibənin başlanacağı ehtimalından danışmaq hələ tezdir”.

Qeyd edək ki, hazırda Türkmən dağı(Bayırbucaq) adlanan ərazidə qarşıdurmalar davam edir. Türkiyə diplomatik yollarla Rusiyaya nota göndərib. Dünən isə Türkiyə Suriya ərazisinə 500 nəfərlik xüsusi təyinatlı qoşun göndərib. Həmin 500 nəfərlik qoşunun əsas missiyası türkmənləri olası hücumlardan qorumaqdır.



Femida.az



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018