BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Politoloq: "AKP HDP-yə tələ qurub"

17:21 / 21-08-2015   /   baxış - 810

Türkiyə mediasında AKP-HDP koalisiyasının qurulacağı xəbəri yayılıb

Xəbərdə bildirilir ki, təkrar seçkilərə qədər AKP ilə HDP birgə müvəqqəti hökümət quracaq.

Bu xəbərdən sonra bəzi politoloqlar bu koalisiyanın baş tutması nəticəsində ölkədə vətəndaş müharibəsinin ola biləcəyini deyir.

Yayılan bu iddiaları politoloq Fərhad Mehdiyev Ölkə.az-a verdiyi açıqlamasında şərh edib.

Fərhad Mehdiyev: "Bu məsələyə daha çox MHP sərt reaksiya verəcək. Bu məsələ baş tutsa, seçkiyə təsiri ola bilər. AKP istəyir ki, HDP-dən səsləri alsın. AKP-nin seçkilərdə ala biləcəyi səslər ancaq HDP-dən ola bilər. AKP MHP-dən ən çox 2% səs ala bilər, CHP-dən isə heç cürə səs ala bilməyəcək. AKP-nin apardığı indiki siyasət ona yönəlib ki, təkrar seçkilərdə HDP-dən və bir qədər də MHP-dən səs toplaya bilsin.

Bu müddət ərzində AKP HDP-yə koalisiya təklifi etməyib. Cumhuriyyət qəzetinin yazdığı nə qədər realdır, bunu zaman göstərəcək. Əgər həqiqətən AKP HDP-yə koalisiya təklif edərsə, onda o təklifin altında yatacaq şeylər bunlardır: HDP AKP-yə dəstək verəcək, prezident Ərdoğan olacaq, kürdlərə müəyyən dərəcədə güzəştlər olacaq.

Bu koalisiya baş tutsa, AKP-çilərlə digər türklər arasında müharibə olma ehtimalı azdır. Türklərlə kürdlər arasında müharibə ehtimalı var. Onsuz da PKK-Türkiyə müharibəsi gedir. İddia edildiyi kimi ülkücülərlə AKP-çilər arasında müharibənin olacağı gözlənilmir".

Qeyd edək ki, Türkiyədə təkrar seçkilər bu ilin noyabr ayının 1-nə təyin edilib.



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018