BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Alçaqların üslubu

23:53 / 20-03-2016   /   baxış - 817

Səhv etmirəmsə belə bir bədii əsər var: Bankdan kredit götürən adam pulu qaytarmamaq üçün killer tutaraq özünü öldürtdürür. Eyni ilə terrorçu kürdlər də yaşamamaq üçün PKK-ya qoşulurlar, özlərinə də killer kimi Türkiyəni sevməyən ölkələri götürürlər. Bu hazırda PKK-nın xain saldırılardakı alçaq üslubudur.

Dövlətin vətəndaşa verdiyi bütün imtiyazlardan yararlanıb amma bunun müqabilində dövlətin dinc və sadə vətəndaşlarına qarşı terror törətmək ən azı mənəviyyatsızlıqdır. Dünyanın əsas dövlətləri azca ədalətli olsalar onlar da PKK-ya qarşı barışmaz mövqe tutarlar. Amma təssüf ki, bu gün ABŞ PKK-nın digər bir qoluna guya İŞİD-lə mübarizə adıyla silah yardımı edir. Belçika isə PKK-nın çadır qurmasına razılıq verir. Amma ədalət prinsipi əsas götürülsəydi tam əksinə olardı. Çünki, terror bütün insanlığa qarşıdır.

İstanbuldakı əyləmdə İsrail və Amerika vətəndaşları da yaralanıb. Onlar anlamalıdırlar ki, bu gün Türkiyəni hədəf götürən PKK yarın digər ölkələri hədəf seçəcək. Çünki, quduzlaşmış it, sahibinə də hücum çəkər. PKK sahiblərindən bir gün bunların hesabı sorulacaq. Türkiyəni bir terror təşkilatı ilə çökdürə bilmək mümkünsüzdür,  əksinə möhkəmlənəcək. Terrorda həlak olmuş Türkiyə vətəndaşları şəhid sayılır, çünki onlar Türkiyənin istiqlalına qarşı saldırıda həyatlarini itiriblər. Türkiyə Cümhuriyyətinə zərbə vurmaq üçün onun vətəndaşına saldıranlar bilməlidirlər ki, Türkiyə bayrağı şəhid qanı ilə boyanıb, şəhid verdikcə əksinə daha da möhkəmlənir.

Təssəvür edin, diplomatiya və sivil mübarizə metodlarının geniş inkşaf etdiyi müasir dövrdə dağa çəkilərək qos-koca bir dövləti parçalayacaqlarını düşünürlə. Ac toyuq yuxusunda darı gördüyü kimi, bunlar da pozuq qafaları ilə heç zaman mövcud olmayan terrorçu dövlətlərini xəyal edirlər. Ən azından dünən 101 yaşı tamam olan Çanaqqala savaşını yada salsınlar. Mustafa Kamal Atatürk əsgərlərinə yalnız döyüşməyi deyil, ölməyi də əmr etmişdi. 101 il keçsə də o əmr yenədə qüvvədə qalır. Təkcə Türkiyə deyil, ən qısa zamanda Bakı-Təbriz-Ankara adı altında Türklər bir yerə toplanar və onun qarşısında nə PKK, nən də onun böyükləri tab gətirə bilər. Onlar bu sözlərimizi keçici bir söz hesab etməsin, Türkiyə bizim üçün güvəndiyimiz gücdür, həm də vətənimizdir. Bütün Türklər üçün belədir. Əslində onlar bu alçaq əməlləri ilə öz sonlarını tezləşdirirlər. Dağdan endirilib parlamentə gətirildilər ki, bəlkə düzələlər, amma düzəlmədilər, yenə də böyüklərinin verdiyi təlimatı icra etdilər. Amma onlar düşünmürlər ki, sirkə nə qədər tünd olsa öz qabını yandırar. Savaşlar görmüş Türkiyənin bu sınaqdan da qalib çıxacağına tam əminəm, onların xain saldırısının nəticəsi olmayacaq.

Dünyaya yeni Türkiyə gəlir, güclü və hər zaman olduğu kimi ədalətli. İnandığımıza əmin edərəm ki, Türkiyənin gücü hər zaman var olacaq, onun qarşısını ala biləcək bir şər qüvvə yoxdur! Çünki, onu sonsuz məhəbbətlə sevən böyük bir millət – bütün dünya Türkləri var. Mən PKK-ya səslənirəm ki, etdikləri xainlikdən vaxt ayırıb istanbulun fəthi tarixini araşdırsınlar. Fateh mümkün olmayanı, kimsənin edə bilməyəcəyini etdi, böyük gücləri diz çöllkdürüb oranı Fəth etdi! Bu gün də Türkiyə nəinki sizi, sizin böyüklərinizi də dizə gətirəcək. Siz isə heç yoxmuş kimi məhvə doğru gedirsiniz, normal insan kimi yaşamaq istəyirsinizsə sivil formada fəaliyyət göstərin. Əks təqdirdə etdiklərinizin bədəlini canınızla ödəyəcəksiz.

Yolun açıq olsun Türkiyəm, sən qalib gələcəksən!

Zəka Sahib



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018