BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qabil Hüseynli: "Qərbdə anti-Rusiya əhval-ruhiyyəsi islamofobiyadan güclüdür"

14:47 / 28-08-2015   /   baxış - 986

Pentaqonun başçısı Eşton Karter Rusiya və İŞİD terror təşkilatını ABŞ üçün əsas təhlükələr adlandırıb

Eşton Karterin sözlərinə görə, milli maraqlarımızdan çıxış edərək Rusiya və İŞİD-in qarşısını almalıyıq.

ABŞ və Rusiya arasındakı soyuq müharibəni xatırladan prosesləri politoloq Qabil Hüseynli şərh edib.

Qabil Hüseynli: "Hələ ki, proseslər soyuq müharibə şəklində gedir. İndiki soyuq müharibə klassik soyuq müharibənin bütün meyarlarına uyğun deyil. Sadəcə olaraq Rusiya potensial təhlükə mənbəyi kimi qəbul edildiyindən ona qarşı müəyyən təbliğati hücumlar qurulur. ABŞ-da əhalinin rəyi soruşulub. ABŞ əhalisinin 80%-i özləri üçün bir nömrəli düşmən Rusiyanı hesab edir. Avropanın özündə də anti-Rusiaya əhval-ruhiyyəsi xeyli güclüdür. İslamofobiya ilə yanaşı anti-Rusiya əhval-ruhiyyəsi də güclüdür. Hətta elə ölkələr var ki, orada anti-Rusiya əhval-ruhiyyəsi islamafobiyadan güclüdür. Baltikyani respubilkalarda, Polşada anti-Rusiya əhval-ruhiyyyəsi hər şeyi üstələyir. Pentaqon rəhbərinin çıxışı dünyanın geosiyasi xəritəsini düzgün əks elətdirir. Maraqlar baxımından təxminən bir neə il öncə siyasi düzənə yön verən ABŞ idi, ancaq son vaxtlar Çinin fəallığı artıb. Rusiyanın fəallığı daha çox artdığından sağa-sola hücuma keçir. Bu isə "Soyuq müharibə" anlayışını zəif də olsa işlətmək məcburiyyəti qarşısında qoyur.

Şərqi Avropada NATO qoşunlarının yerləşdirilməsi ehtiyat tədbir kimi qəbul edilməlidir. Onlar Rusiyaya hər hansısa bir hücum məqsədi güdmür. Sadəcə olaraq Rusiyanın iqtisadi çətinliklərdən bezərək nüvə düyməsinə əl atması göz önünə gətirilir. Bütün məqamlarda Rusiyanın nüvə potensialını heçə endirəcək və yaxud onu zəiflədəcək amillərin görülməsinə güc verilir. Rusiya nə qədər Ukrayna sərhəddinə 50 min qoşun yığsa da, Baltikyani sərhədlərə 30 minə yaxın qoşun toplasa da, bu çox ciddi və real iş deyil. Dünya üçün, ABŞ üçün əsas olan Rusiyanın nüvə potensialıdır".

Olke.az



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018