BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Pyotr, Aleksandr, Stalin və Putininin xülyası

20:35 / 11-03-2016   /   baxış - 1076

Vladimir Putin: "İstanbulu qaytarıb Konstantinopol edəcəyik"

Agxeber.com Sivilizasiyalar və konfliktlər analitik mərkəzinin rəhbəri Əhəd Məmmədlinin Putnin bu çıxışına münasibətini öyrənib.

Ə.Məmmədli Putinin çıxışını belə şərh edib: "Rusiya prezidenti Putin provaslav ruhanilərlə görüşdə "İstanbulu qaytarıb Konstantinopol edəcəyik" demişdir. XXI əsrdə özünü sivil ölkənin prezidenti adlandıran şəxs bu cür sərsəm çıxışlar etməməlidir. Bu tipli çıxışlar Putin Rusiyasını, Stalin Rusiyası və Hitler Almaniyasından heç cür fərqləndirmir. Putin özünü Rusiyanın gələcək çarı və ya general sekretarı (qensek) qismində görür, yəni birinci Pyotr ya Stalin olmaq istəyir. Bu şəxs təkcə Türkiyəyə deyil Avropaya da böyük təhlükədir. Və hər dəfə öz addımları ilə bunu təsdiqləyir. Əgər Qərb liderləri yeni Stalin və ya Hitlerin peyda olmasını, bununla da tarixə Çemberlen kimi düşmək istəmirlərsə rus faşist Putinin qarşısını sözlərlə deyil artıq qətiyyət göstərib əməllərlə qarşısını almalıdırlar. Yoxsa çox keçməz rus tankları yenidən Varşavada, Berlində peyda olarlar. Hələlik rus təcavüz siyasətinə qarşı müqaviməti Rəcəp-Tayyip Ərdoğan simasında Türkiyə cumhuriyyətində görürük. Bunu artıq Şərqi Avropada da görürlər və türk əsgərlərini öz ölkələrinə dəvət edirlər. Qərbi Avropa isə pkk-çı terroristlərini Türkiyəyə qarşı silahlandırmaqda davam edir. Sanki Ukrayna, Gürcüstanın bir hissəsin işğal edən, gecə-gündüz Suriyada sivil əhalini bombalayan Rusiya deyil Türkiyədir.

Putinin İstanbulu Konstantinopol "edəcəyik" tipli sərsəmləməsinə gəldikdə isə, Pyotr, Aleksandr, Nikolay, Stalin simasında əsrlərdi bu rus xülyası Çar və Sovet Rusiyasının sonuna çıxdı. Görünür tarix təkrarlanıb, Rusiya Federasiyası adlı son rus dövləti də eyni aqibəti yaşayacaq."

Agxeber.com



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018