BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Oğuz Türk: Nüvə razılığından sonra İranın təhdid gücü artacaq

11:38 / 28-08-2015   /   baxış - 876

Güneyli diaspora fəalı Oğuz Türkün sözlərinə görə, İran və güclü dövlətlər arasında əldə edilmiş razılaşmadan sonra sanksiyaların aradan qaldırılması İslam Respublikasının zənginləşməsi və  nəticədə qonşu dövlətlər, həm də ölkə daxilindəki qeyri-fars cəmiyyətlərə qarşı təhdid gücünün artmasına səbəb ola bilər.

Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) üzvü Amerikanın Səsi ilə söhbətdə razılaşmadan sonra İranın iqtisadi, hərbi və siyasi gücünün get-gedə artacağını proqnozlaşdırır.

Onun fikrincə, güneyli təşkilatlar yeni şərait və durumun öhdəsindən gəlmək üçün öncə güclü dövlətlərdən yardım ala bilməyəcəklərini anlamalı və ondan sonra öz strategiyalarını müəyyən etməlidirlər.

Razılaşmanın həm ABŞ, həm İranda necə qarşılandığını dəyərləndirən Oğuz Türk bu xüsusda bir çox məqamın gizli saxlandığını ifadə edir:

“Bu anlaşmanın bəzi yerləri hələ gizlidir. Biz bunun Amerika Senatı və İran Məclisinə nə şəkildə təqdim edildiyindən xəbərsizik. Ancaq bizə deyilən xüsusları dəyərləndirə bilirik.”

GAİP üzvü razılaşmanın əldə edilməsi üçün aparılan müzakirələrdə İran İslam Respublikasının müttəfiqləri olan Rusiya və Çinin oynadığı önəmli roldan söz edir.

O deyir ki, “Amerika dövləti öz mənfəətini və qlobal gücünü və orada millətinin və məmləkətinin mənfəətini düşünür. Elə deyil ki, Amerikanın İran, İranın milləti, ya İranın bütünlüyü ilə zati düşmənliyi olsun. Bununla birlikdə bunu da nəzərə almalıyıq ki, ruslar və çinlilər də burada var idilər və İranı da çox  himayə edən onlar idi.”

Oğuz Türkün fikrincə, sanksiyaların aradan qaldırılması İranın keçmişdə dondurulan pullarının azad edilməsi və neftini keçmişdəki kimi sata bilməsinə yol açacaq.

“İslam İnqilabından sonraki proseslər göstərir ki, İran bu pulu qonşularını təhdid etmək, bölgədəki gücü və nüfuzunu artırmaq və [qeyri-fars] millətlərin hüquqlarını azaltmaq istiqamətində istifadə edəcək,” deyə o qeyd edir.

Kanadada mühacirətdə yaşayan güneyli fəalın söylədiklərinə görə, güclü dövlətlər bölgədə ancaq qeyri-türk və qeyri-ərəb qruplara dəstək verirlər.

“Heç bir yerdən gözləntimiz olmamalıdır, heç bir güc türklərə yardım etməyəcək,” deyə güneyli fəallar və təşkilatların bu durumun öhdəsindən gəlmək üçün öz ayaqları üstündə durmaq məcburiyyətində olduqlarını irəli sürür.

O, həmçinin türklər və ərəblər arasında əməkdaşlığın önəmindən danışır.



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018