Misirdə “yalan məlumatı yaymaqda” ittiham edilmiş üç "əl-Cəzirə" jurnalisti 3 il müddətinə həbs edilib.
Misir əsilli kanadalı jurnalist Məhəmməd Fəhmi və misirli Baher Məhəmməd hökmü dinləmək üçün məhkəmədə iştirak edib.
Avstraliyalı Peter Greste isə bu ilin əvvəli Avstraliyaya deportasiya edilib və bu məhkəmədə qiyabi iştirak edib.
Jurnalistlər qadağan edilmiş "Müsəlman qardaşları" qrupuna kömək etməkdə təqsirləndirilib, lakin onlar bu ittihamları rədd edir.
Üç jurnalist 2014-cü ilin iyul ayında 10 ilə qədər azadlıqdan məhrum edilmişdi.
Lakin ittihamlar bu ilin yanvar ayında ləğv edilib və onlar fevral ayında yeni məhkəmənin keçirilməsinə qədər azad edilib.
P.Greste qərardan "təəccübləndiyini və qəzəbləndiyini" bildirib və onun "çox yanlış" olduğunu deyib.