BÜTÖV AZƏRBAYCAN OCAQLARI
F.Ələkbərli: “Azərbaycanı Türklüyün, Turançılığın düşüncə mərkəzi halına gətirməliyik”

23:43 / 29-11-2016   /   baxış - 1664

Faiq Ələkbərli: “Bu gün BAO olaraq əsas vəzifəmiz Türküstan-Uyğurustan, Anadolu, Krım-Tatarıstan və Kərkük-Hələb Türklüyünü Azərbaycanda birləşdirməkdir”

Məlum olduğu kimi Bütöv Azərbaycan Ocaqlarının (BAO) 19 noyabr 2016-cı il tarixli Qurultay səlahiyyətli yığıncağından sonra icra strukturlarına yeni təyinatları olub. Bu təyinatlardan biri də AMEA Fəlsəfə  İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Türk Dünyasıyla Əlaqələr üzrə BAO başqanının müavini təyin edilməsidir. Bu təyinatla bağlı mətbuta açıqlama verən Faiq Ələkbərli bildirib ki, bu gün müstəqil Türk Cümhuriyyətlərinin, o cümlədən digər Türk ellərinin bütövlükdə isə Türk Dünyasının düşüncə və ruhca bütünləşməsi üçün 20-ci əsrin sonlarından başlayaraq yeni bir dönəm başlamışdır. Onun sözlərinə görə, son iki əsrdə birbirinin ardınca uğursuzluqlara düçar olan Türk xalqları bunun nəticəsində paramparça olmuş, birliyi və diriliyi xeyli dərəcədə zədələnmişdir. Ancaq Sovetlər Birliyinin dağılmasıyla dünyada müstəqil yeni Türk Cümhuriyyətlərinin ortaya çıxması Türk Birliyi anlayışını yenidən gündəmə gətirmişdir. Eyni zamanda Türk Birliyinin ideyadan reallığa çevrilməsi yolunda ilk mühüm addımları atılmağa başlanmışdır.

Azərbaycan Türk aydının fikrincə, ancaq çox yazıqlar olsun ki, müstəqilliklərindən keçən ötən 25 il ərzində Türk Cümhuriyyətləri həm içlərindəki “rus kommunist” düşüncəli yönəticilərdən qurtula bilməmələri, həm də Türkiyənin onlara istənilən səviyyədə dəstək verməmələrinin nəticəsi olaraq ən azı mənəvi-ideoloji anlamda ciddi sorunlardan qurtula bilmədilər. Özəlliklə, Turgut Özal və Süleyman Demirəl kimi Türkiyə cumhurbaşkanlarının Türk dövlətləriylə münasibətdə bir çox hallarda yanlış yol tutması bu günümüzün acı reallığıdır”. Türk Dünyasıyla Əlaqələr üzrə BAO başqanının müavini hesab edir ki, Türk Birliyi ideyasının daha yaxın bir zamanda gerçəkləşməsi üçün qarşımızda bir sıra vəzifələr dayanmaqdadır: «Bu gün Azərbaycan Türk gəncliyinin qarşısında, ilk növbədə Azərbaycan ə etməliyik?torpaqlarını bütünləşdərmək yolunda şərəfli bir missiya dayanır.  Çünki 2 əsr bundan öncə Azərbaycan torpaqlarının bir hissəsinin Çar Rusiyası tərəfindən işğal olunmasından sonra yalnız Qacarlar dövləti deyil, bütövlükdə Türk Dünyası, Turan ülküsü ciddi bi zədə almışdır. Azərbaycanın bütövlüyünə dəyən zərbə bir tərəfdən Qacarların türklük şüurunu mənfi cəhətdən zədələmiş və sonucda onun 1925-ci ildə devrilməsinə nədən olmuşdursa, digər tərəfdən Xristian dünyasının Turanın böyük bir hissəsində ağalığına gətirib çıxarmışdır. Bunun tək anlamı odur ki, Azərbaycanın parçalanması yalnız Azərbaycan türklüyünün deyil, Türklüyün və Turançılığın ciddi zərbə almasına səbəb olmuşdur”.

Faiq Ələkbərlinin fikrincə, bütün bunladan nəticə çıxararaq Azərbaycan türkləri Turançılıq yolunda boyunlarına düşən yükü yaxşıca dərk etməlidirlər: “Çar Rusiyasının süqutundan sonra Azərbaycanın şimal hissəsində böyük ideoloq və dövlət adamı Məhəmməd Əmin Rəsulzadənin başçılığıyla  müstəqil Azərbaycan Cümhuriyyəti qurulmuşdu. Əslində bu kiçik Türk dövlətinə Azərbaycan adının verilməsi bir tərəfdən varisliyi davam etdirmək idisə, digər tərəfdən gələcəkdə Azərbaycanın bütövləşməsinə, başqa sözlə böyük Türk dövləti qurmağa zəmin hazırlamaq idi. Bu anlamda Milli Azərbaycan ideyasının mahiyyətində Azərbaycanın bütövlüyünə nail olmaqla, Türklük və Turançılıq yolunda yeni bir mərhələyə daxil olmaq əsas məqsəd kimi qoyulmuşdur. Bunu Azərbaycanın və Turanın düşmənləri yaxşı anlamaları idilər ki, 70 il Azərbaycan Cümhuriyyətinin müstəqil olaraq yaşamalarına imkan vermədilər. Amma Rəsulzadənin dediyi kimi, «Bir kərə yüksələn bayraq bir daha enməz» prinsipiylə yenidən azadlığına qovuşan Quzey Azərbaycan Güney Azərbaycan üçün də bir stimul rolunu oynamaqdadır. Bütöv Azərbaycan Ocaqlarının (BAO) qarşısında duran əsas hədəf də öncə Azərbaycanı bütövləşdirmək, daha sonra Turana-Türk Birliyinə nail olmaqdır”.

Azərbaycan alimi onu da bildirdi ki, türklər üçün türküçülk-turançılıq bir dünyagörüşü, inanc, fəlsəfədir: “Bizlər, heç zaman turançılıq üzərindən siyasət yapmadıq, yapmayacağıq da. Çünki Türklüyümüz inancımız olduğu qədər də, Türk dövlətlərinin müstəqilliyini sonunadək qorumaq da boyunumuzun borcudur. Türk Vətənimizi, Türk dövlətlərimizi nə olursa olsun son damla qanımızadək, son nəfəsimizədək müdafiə edəcək, onun ugrunda ya şəhid, ya da qazi olacağıq! Bizim bir sifətimiz, bir üzümüz, bir yolumuz, bir inancımız var: Bütöv Azərbaycan, Türklük, Turançılıq!!! Türk demək Rusiyanın, Ərəb dövlətlərinin, Qərb dövlətlərinin deyil, öz soydaşlarının, öz inancdaşlarının, öz Turandaşlarının yanında yer almaqdır”.

F.Ələkbərli onu da bildirdi ki, bu gün Türk Dünyasında ən önəmli yük şimallı-cənublu Azərbaycan Türklərinin boynuna düşməkdədir: “20-ci əsrin əvvəllərində olduğu kimi, Azərbaycanı Türklüyün, Turançılığın düçüncə mərkəzi halına gətirməliyik. Bunu yalnız çoğrafi anlamda deyil, eyni zamanda ideoloji anlamda da anlamaq lazımdır. Əgər Azərbaycan türklüyü yeni bir dönəmə qədəm qoyub Təbrizi Türklüyün, Turançılığın mərkəzi halına gətirməyi başararasa, o zaman yalnız Orta və Yaxın Şərqdə deyil, bütün dünyada ciddi dəyişikliklərə səbbə olacvaqdır. Bu gün BAO olaraq əsas vəzifəmiz Türküstan-Uyğurustan, Anadolu, Krım-Tatarıstan və Kərkük-Hələb Türklüyünü Azərbaycanda birləşdirməkdir. Bunun üçün ilk növbədə Türk ellərinə səfərlər təşkil edərək oralarda konfranslar və seminarlar verməyi düşünürük. Burada da əsas məqsədimiz ortaq Türk tarixinin, Türk dilinin inkişaf etdirilməsidir. Ancaq ən əsas vəzifəmiz sözün həqiqi mənasında daima olacaq Türk Araşdırma Mərkəzi ya da Türk Araşdırma İnstitutunun yaranmasına çalışmaq olacaqdır. Artıq Türk tarixini, Türk fəlsəfəsini, Türk dilini, Türk ədəbiyyatını bir mərkəzdən öyrənməyin və ortaq təhsilə keçməyin vaxtıdır”.

bao.az

 



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018