BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Böyük İpək Yolunun ən böyük duracaqlarından biri - Yeni Bakı Dəniz Limanı

15:48 / 17-05-2018   /   baxış - 1179

Bünövrəsi 19-cu əsrin ortalarında Rusiya imperiyasının rəhbərliyi altında başlanılan, 1902-ci il 21 iyulunda limana rəsmi olaraq özünü idarəetmə hüququ verilən Bakı dəniz limanı yük və sərnişin nəqli baxımından dünyanın aparıcı limanları sırasına daxildir.

Neft hasilatı ilə əlaqədar 1920-ci ilin iyun ayından avqusta kimi Bakı limanında neft tankerlərinin təhlükəsiz hərəkətini təmin etmək üçün bir sıra tikinti işləri aparılıb. Sovet İttifaqının aparıcı limanına çevirmiş Bakı limanı 1923 - 1924-cu illərdə limandan həyata keçirilən ticarət həcmi SSRİ üzrə ümumi yük həcminin 27.3 %-ni təşkil edib.

2015-ci il martin18-də prezident İlham Əliyevin sərəncamı ilə Bakı limanı yenidən qurulub və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. 2010-cu ilin noyabr ayında yeni liman kompleksinin təməl qoyulan Qaradağ rayonunun Ələt qəsəbəsində

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin mayın 14-də açılışı olub.

İqtisadiyyat Nazirliyi nəzdində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin illik yük aşırma qabiliyyəti 15 milyon tondur. O cümlədən, 100 min 20 futluq konteyner təşkil edir. Limanın Ələtdə yerləşməsi dəniz nəqliyyatından gələn yüklərin birbaşa avtomobil və dəmiryolu nəqliyyatı ilə birləşməsinə şərait yaradır. 117 ha ərazidə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlər - şimal-cənub və şərq-qərb dəhlizlərinin qovşağında yerləşir.

Limanı gəzmək üçün xüsusi jilet geyinib, başımıza kaskamızı taxın əraziyə daxil oluruq. Musavat.com-un bələdçisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin müdiriyyətinin direktoru Heydər Turabovdur. O deyir ki, Ələt qəsəbəsində yeni liman kompleksinin tikintisi Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi strategiyasının realizasiyası istiqamətində atılmış ən mühüm addımlardan biridir: “Limanın məhz bu nöqtədə inşa olunması bu qovşağa su magistralları da əlavə olunması nəticəsində Ələt ərazisi çox zəngin tranzit potensialı kəsb edən logistik nəqliyyat qovşağına çevrilir. Bu qovşağı qidalandıran avtomobil və dəmir yolu xətləri yenidən qurulub. Bu da o deməkdir ki, liman zəngin tranzit potensiyalı qazanmaqla ölkəyə əlavə dividentlər yaradacaq. Bundan başqa, liman ərazisi və ətraf daxil olmaqla Azad İqtisadi Zonanın (AİZ) yaradılması da nəzərdə tutulub. AİZ limanla birgə bir tamdemdə nəzərdən keçirilməlidir. Bu zonanın əhəmiyyəti ondan ibarət olacaq ki, bu gün limanı ayrılıqda götürsək, yüklər gəlir və gedir. Tranzit yüklər, ölkəyə gətirilən və ölkədən gedən yüklər. Mahiyyət etibarı ilə biz burada gəmi giriş-çıxışlarından toplanan yığımlardır, nəqliyyat vasitəsinin tranzit keçidlərinin rüsumları və s. qazanırıq. AİZ-ın yaradılması həmin yüklər burada saxlanılmaqla yanaşı həm də emal olunacaq. Emal prosesində bu yüklər əlavə dəyər qazanacaq. Bunu nəzərə alaraq bu ərazi xüsusi iqtisadi əhəmiyyət kəsb edəcək ki, bu da yaxın illərdə ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektorunun inkişafına səbəb olacaq.

Yeni liman kompleksi 4 terminal və 12 körpüdən ibarətdir.

Limanda dəniz-quru, quru-dəniz texnologiyası ilə gəmi boşaltma əməliyyatları effektiv həyata keçirilməsi məqsədi ilə Almaniyadan 6 ədəd kran alınıb. Bunlardan ikisi 80 ton, ikisi 40 ton, ikisi isə 32 tonluq kranlardır. 80 tonluq kran bilavasitə konteynerləşdirilmiş yeklərin emalı üçün nəzərdə tutulub. Kranların qarşısında konteynerlərin yerləşdirilməsi üçün konteyner meydançası inşa edilib. Kranların ümumi konteyner götürmə qabiliyyəti 1049 konteynerdir. Meydançada həmçinin, soyuduculu konteynerlərin sabit elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə iki enerji blok təchiz edilib. Burada eyni zamanda 60 soyuduculu konteynerin birləşdirilməsi mümkündür.

Qəbul edə biləcək gəmilərin növlərinə və gəmilərə xidmət səviyyəsinə görə limanlar kateqoriyalara bölünür. Bakı limanı birinci kateqoriyaya aiddir. Xəzər hövzəsində üzən istənilən gəminin yan almasını təmin edir. Bundan başqa, 3 və ya 4-cü tip primitiv limanlarda gəmilərə içməli suların verilməsi, yaxud gəmilərdə toplanmış çirkab suların kənarlaşdırılması xüsusi xidməti donanma gəmiləri vasitəsi ilə həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində hamısı stasionar quraşdırlıb. Hər gəminin yanında müvafiq xətlər var. Biri təmiz suyu verir, digəri çirkli suyu boşaldır.

Liman ərazisində gəmilərin təhlükəsiz yan alması üçün ümumi uzunluğu 7 km, eni 160 metr, dönmə akvatoriyasının diametri 450 metr olan limana yanalma kanalı da inşa olub. Kanalda biri giriş, digəri çıxış olmaqla 7-8 min ton ağırlığında iki gəmi hərəkət edə bilir. Kanal dərinləşdirilib. Hazırda dərinliyi Baltik dənizinin səviyyəsindən -6.60 metr aşağıdır. Bu gün Xəzər dənizində üzən bütün gəmilər üçün -6.60 metr səviyyə artıqlaması ilə bəs edir. 1.50 metr resurs da qalır. Gələcəkdə o kanalı -9 metrə qədər dərinləşdirmək imkanı da var.

Mövcud coğrafi mövqeyin limana verdiyi digər üstünlüklərdən biri də liman ərazisində dalğaqıran funksiyasını yerinə yetirən gil adasının olmasıdır. Ada güclü dalğaların liman ərazisinə nüfuz etməsinin qarşısını alır. Bu ada olmasaydı, orda təxminən ada konfiqurasiyasında süni dalğaqıran inşa olunmalı idi.

Bundan başqa, limanın fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün iki mənbədən 12 kilovatlıq xətlər çəkilib. Xətlərin ümumi uzunluğu 32 km.-dir. Bir xətt Ələt yarımstansiyasından, digəri Səngəçal modul tipli elektrik stansiyasından çəkilib. Bundan əlavə, enerji fasiləsizliyini təmin etmək üçün əlavə dizel generatoru stansiyası da quraşdırılıb. Ümumi gücü 2 meqavolt amperdir. Limanın ümumi elektrik gücü 18 meqavatdır.

Layihənin digər spesifik cəhətləri biri anbarlardır. Quru yüklərin yerləşdirilməsi üçün açıq və qapalı anbarlar var. Ümumi konteyner meydançası da daxil olmaqla 4 açıq anbarın ümumi sahəsi 56 min kv metr, qapalı anbarların sahəsi isə 14 min kv mterdir.


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin təhlükəsizliyi də tam düşünülüb. H. Turabovun sözlərinə görə, gəmilərin və liman vasitələrinin mühafizəsi haqqında beynəlxalq məcəllənin tələblərinə uyğun mühafizə sistemi yaradılıb: “Bunun əsas elementlərindən biri də limanın perimetr mühafizəsidir ki, bu məqsədlə də ümumi uzunluğu 9.2 km olan təşkil edən perimetr xətti üzrə tələblər əsasında layihələndirmiş hasarlar quraşdırılıb. Bundan əlavə, mühafizə sisteminin digər komponenti video müşahidə sistemidir. Liman ərazisində 302 müxtəlif konfiqurasiyalı kameralar quraşdırılıb”.

“Yaşıl liman” konseptinə uyğun olaraq, liman ərazisində müxtəlif kateqoriyalardan olan çirkab suların təmzilənməsi üçün 3 müxtəlif sistem quraşdırılıb. Bunlardan birincisi səth sualrının təmzilənməsi sistemidir ki, bunun həyata keçirilməsi üçün ümumən 9.2 km uzunluğundan drenaj xəttti, 3 km uzunluğunda su yığıcı qurğular quraşdırlıb. İş texnologiyası ondan ibarətir ki, yağıntılar zamanı ərazidə toplanan səth sualrı yığıcı qurğular vasitəsilə toplanır, septiklərə ötürülür, təmziləndikdən sonra dənizə axıdılır.

Digər kateqoriya məişət çirkab sularıdır ki, onların da təmzilənməsi üçün müasir tələblərə uyğun qurğu inşa olunub. Bakterioloji təmizləmə texnologiyası əsasında işləyir.

Limanın 300 min kv. metr tametlənmiş ərazində 15 milyon tametdən istifadə edilib. Ərazinin asfalt yox, tametlənməsini direktor belə izah edir: “Tametin yük götürmə qabiliyyəti yüksəkdir. Ən əsası istismar xərclərinə qənaət edir. Yayda Ələtdə günəşin altında 50 dərəcəyə qədər isti olur. Asfalt istinin təsirindən yumşalır və üzərində ağır nəqliyyat vasitələrinin hərəkət edəcəyini nəzərə alsaq, asfalt bir müddət sonra keyfiyyətinin itirəcək. Ona görə də tametə üstünlük verildi. Tamet xüsusi tələblər əsasında hazırlanıb”.

Limanın tikintisinə sərf edilən xərclərə gəlincə, H. Turabov deyir: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinə bu səviyyədə tikilən analoji limanların inşasına çəkilən xərclərdən qat-qat aşağı vəsait xərclənib. Kompleksi yerli şirkət olan "Evrascon" ASC (Avro-Asiya İnşaat Korporasiyası ) tender əsasında Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanmış layihə əsasında inşa edib. Artıq deyə bilərik ki, liman inşa edən yerli şirkətimiz var”.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vəfa Səfərli Abdullazadə yeni Bakı limanını Azərbaycanın iqtisadiyyatını və qeyri neft sektorunun inkişafi istiqamətində atılmış ən mühüm layihələrdən biri hesab edir: “Region və Xəzəryanı ölkələr arasında ən böyük və müasir limanlardan biridir. Limanda ən müasir innovativ texnologiya istifadə olunur. Bu texnologiya liman əməliyyatlarının sadələşdirilməsi, daha effektiv olmasına xidmət edir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də İtalyan şirkəti birgə hazırlanmış, liman Əməliyyatları İnformasiya sistemidir. Sistemin əsas məqsədi limana gələn istənilən növ yükün effekti və sürətli yüklənib və boşalmasını həyata keçirməkdir. Bu vöb üzərində olan platformadır. Platforma vasitəsilə internet üzərindən limana daxil olan yüklərin sıra nömrəsi alınır və sıra nömrəsi vasitəsilə yükün sahibi dünyanın istənilən yerində internet üzərindən onlayn rejimdə yükün harada olduğunu izləyə bilir. Yəni, yükün limana daxil olma vaxtı, çıxma vaxtı, sıra nömrəsi və hazırda yükün real vaxtda harada olması bilir. Bu da özlüyündə unikal platformadır. Ümid edirik ki, bu platforma gələcəkdə region ölkələrinin limanlarında da tətbiq olunacaq və işin effektivliyi artacaq. Limanın fəaliyyətə başlaması nəinki ölkə, hətta region ölkələrinin də iqtisadiyyatına təkan verəcək.

Hazırda Bakı limanında 600 əməkdaş çalışır. Liman tam gücü ilə fəaliyyətə başlayanda burada minlərlə yeni iş yerləri açılmış olacaq. Kompleksdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün yükcəmləyici məntəqənin olacağı da planlaşdırılıb. Gələcəkdə limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanınyaradılması da nəzərdə tutulub. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni limanın 25 milyon ton yük və 1 milyon konteyner aşıracağı planlaşdırılır. Bakı limanı Azərbaycanın post-neft erasında ilk qlobal layihəsi olacaq.

P.S. Yazının başlığının ilk dörd kəlməsi mərhum şansonye Mirzə Babayevin liman haqqında məşhur mahnısından götürülüb.

Ləman Mustafaqızı, 
Foto: Elçin Əkbər,
Musavat.com



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018