BAO.az: Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ilk dəfə qadınlar üçün avtomobil sərgisi keçirilir.
Sərgi 3 gün davam edəcək.
Sərgi zamanı qadınlar avtomobillərə baxış keçirməklə yanaşı, satıcılarla və sığorta şirkətlərinin nümayəndələri ilə danışıqlar apara biləcək. Sərgidə 80 minə yaxın qadının iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında iyunun 24-dən başlayaraq qadınların avtomobil idarə etməsinə icazə veriləcək. Xəzər-xəbər