BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Umud Şükri: Türkiyə və Rusiya ticari münasibətlərini pozmaq istəməzlər

10:09 / 25-10-2015   /   baxış - 1261

Suriyada Bəşar əl-Əsəd hökümətinin muxaliflərinə qarşı Rusiya və İranın hərbi əməliyyatları gücləndirməsi fonunda Rusiyanın hava hücumlarına başlaması və rus hərbi təyyarələrinin Türkiyə hava hüdudlarına daxil olması Suriya müttəfiqləri ilə Türkiyə arasında gərginliklərin dərinləşməsinə səbəb olub. Enerji eksperti Umud Şükri Amerikanın Səsi ilə söhbətdə həmin ölkələr arasındakı enerji ticarətinin mövcud gərginliklərdən məruz qala biləcəyi təsirləri dəyərləndirib.

Daxili müharibələrin alovlanması və təhlükəsizliyin zəifləməsinin ölkələr arasındakı enerji ticarətinə ciddi zərər verdiyini vurğulayan Umud Şükri eyni zamanda enerji ticarəti üzrə müqavilələrin dövlətlərin üzərinə yüklədiyi məsuliyyətləri və bunun siyasi gərginlikləri tənzimləmək istiqamətindəki rolunu önə çəkir.

“Təhlükəsizliyin aşağı səviyyəyə düşməsi ilə iqtisadiyyat o cümlədən, enerji ticarətində də durum pisləşir və xüsusilə təbii qaz-neft kəmərləri əmin-amanlığın olmadığı bölgələrdə təhlükə ilə üzləşir. Belə bir durumda xarici şirkətlər və dövlətlər yatırım qoymaz, yatırımları varsa onları geri çəkər. İstər-istəməz sabitsizlik yaranar,” deyə Ərdəbilli araşdırmaçı ifadə edir.

“İran-Türkiyə Əlaqələrində Enerjinin Rolu” kitabının müəllifi Türkiyə və Rusiya arasındakı enerji ticarətinin səviyyəsini açıqlayaraq iki ölkə arasındakı təbii qaz və neft satışı üzrə ticari müqavilələrin tərəflərə gətirdiyi öhdəlikləri şərh edir:

Onun sözlərinə görə, “Türkiyə təbii qazının 60 faizini Rusiyadan alır... İlk atom elektrik stansiyasının tikilməsi üçün də Rusiya ilə anlaşma bağlanıb və ümumiyyətlə Türkiyə enerji sahəsində ən çox Rusiyaya bağlıdır... Gərginliklərin artması ilə Türkiyə başqa ölkələrə müraciət edəcəyini dedi, ancaq bu realist bir siyasət olmazdı...”

Şükri Rusiyanın da Türkiyə ilə enerji üzrə ticari münasibətlərini pozmaq istəməyəcəyini vurğulayır:

 

“Rusiyanın Suriyadakı çıxarları Türkiyə ilə zidd düşsə də Rusiya hər zaman enerji silahını milli mənfəətləri istiqamətində yaxşı istifadə edib, realpolitikə əsaslanıb və öz mənfəətlərini nəzərə alaraq Türkiyəni əldən vermək istəməyib. Rusiyanın Avropada Almaniyadan sonra ən çox qaz satdığı ölkə Türkiyədir... Buna görə də Suriya məsələsinə baxmayaraq əlaqələr davam edəcək.”

Onun söylədiklərinə görə, “təbii qaz və neft anlaşmaları 15 ya 25 illik olur. Bunun 4 ilə 6 ili sadəcə boru xətlərinin inşasına həsr edilir, sonra da satıcı ölkədən alıcı ölkəyə axın etməyə başlar. Arada güvənsizlik problemi çıxsa bu ikinci yatırım ya da başqa bir yatırımı önləyər.”

Umud Şükri həmçinin Türkiyənin İrandan aldığı təbii qaz miqdarını yüksəltməsi təqdirdə qazın qiymətinin endirməsinə dair İran rəsmilərinin Türkiyəyə təklifini dəyərləndirib. O, bu təklifin Türkiyə tərəfindən qəbul edilmədiyini söyləyir.

Güneyli ekspert eləcə də, İran-Azərbaycan dəmir yolu xəttinin tikilməsi ilə bağlı yayılan xəbərlərə işarə edərək bu xəttin fəaliyyətə başlamasının hər iki ölkə üçün önəmli iqtisadi və ticari faydalar gətirəcəyini qeyd edir.

“Hər iki ölkə bu dəmir yolu xəttindən faydalanacaq. Ən güvənli daşıma dəmir yolundan olar. Bu Qafqaz və İran Körfəzi arasında əlaqə yaradacaq,” deyə o əlavə edir.

amerikaninsesi.org



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018