ABŞ-ın Texas ştatının Sante Fe şəhərində yerləşən məktəblərdən birində baş verən silahlı atışma zamanı 8 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə ABC13 telekanalı məlumat yayıb.
“İndicə aldığımız məlumata görə, atışmada 8 nəfər ölüb. Biz onların kim olduğunu bilmirik. Müəllim, yoxsa şagird...”, - deyə telekanal aparıcısı bildirib.
Digər bir məlumata görə, isə cinayəti törədən həmin məktəbin şagirdidir və o, artıq polis tərəfindən yaxalanıb.
***
Qanlı olay nəticəsində ölənlərin sayı 10-a çatıb.
Bu barədə ərazi üzrə şerif Hars de Qonzalez deyib.
Onun sözlərinə görə, cinayəti 2 nəfər törədib:
“Biri polis tərəfindən saxlanılıb. Olayla bağlantısı olan digər şəxs isə dindirilir”.