Ölkəmizi havadan gələcək istənilən hücuma qarşı qorumaq üçün fəaliyyətimizə davam edirik.
Axar.az xəbər verir ki, sosial şəbəkə hesabında bu sözləri yazan Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir ölkənin yerli hava hücumundan müdafiə sistemləri ilə bağlı infoqrafika yayımlayıb.
İnfoqrafikada ən diqqət çəkən silah “Türk Dəmir Qübbə”si adlandırılan yerli hava hücumundan müdafiə sistemi olub. Türkiyə sərhədləri yaxınlığında getdikcə artan raket zərbəsi təhdidinə qarşı İsrailin Dəmir Qübbəsinə bənzəyən hava hücumundan müdafiə sistemi üçün işlərə başlayıb.