BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Barak Obama Amerikanın yəhudi icmasının narahatlıqlarına münasibət bildirib

19:38 / 29-08-2015   /   baxış - 435

ABŞ prezidenti Amerikanın yəhudi icmasının İranla əldə edilən nüvə razılığına dair narahatlıqlarına münasibət bildirib. "Report" Amerikanın səsinə istinadən xəbər verir ki, tədbir iki əsas yəhudi təşkilatı tərəfindən təşkil edilib.

Ağ Ev başçısı İsraillə aylardır təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, kəşfiyyatın inkişafı və İranın regiondakı öhdəliklərinin müəyyənləşdirilməsi kimi məsələləri müzakirə etdiyini bildirib.

Obama, həmçinin,  İran "təhlükəsinə" görə ABŞ-ın İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilmək istədiyinə dair iddiaları rədd edib.

O deyib ki, İranla razılıq olmasa idi belə bütün bu məsələlər onsuz da həll edilməli idi.

Obama bildirib ki, nüvə razılığı Amerikanın regionda terror aksiyaları və digər təxribatlara qarşı mübarizəsinə mane olmayacaq.

ABŞ dövlət başçısı İranla münasibətlərin normalladırılmadığını vurğulayıb.

Obama deyib ki, bəzən düşmənlərlə müzakirələr aparılması təhlükəsizliyin ən yaxşı təminatı ola bilər.

İsrail hökuməti sanksiyaların yüngülləşdirilməsi müqabilində İranı nüvə silahı istehsalından çəkindirən razılığa ciddi şəkildə etiraz edir.

ABŞ prezidenti Barak Obama Konqres üzvlərini İranla nüvə razılığını dəstəkləməyə çağırmaqda davam edir. O, Tehranın sazişin şərtlərinə əməl etmədiyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi əməliyyat həyata keçirə biləcəyini və ya sanksiyaları bərpa edə biləcəyini vurğulayıb.

Nümayəndələr Palatası və Senat nüvə razılığının əleyhinə səs verdiyi təqdirdə Obama veto qoyacağını vəd edib.



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018