Yəməndə husi-şiə üsyançıları və onları dəstəkləyən ordu hissələrinə qarşı aparılan mübarizə İranın regionda təsir dairəsinin genişləməsinə imkan vermir.
"Sinxua" agentliyi xəbər verir ki, bu fikri Yəmənin legitim prezidenti Əbd-Rəbbo Mənsur Hadi səsləndirib.
Onun sözlərinə görə, hazırda Yəmən tarixinin çətin dövrünü yaşayır.
"İraq, Suriya və Livanda baş verənlərin təkrarın ıYəməndə görmək istəmirik. Tehran bölgədə"dördüncüpaytaxta" nəzarət etməməlidir", - deyən Hadi, qeyd edib ki hazırda döyüşlər Yəmənin bir neçə bölgəsində davam edir.