BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Saakaşvili Odessanın polis rəisini həbs etdirdi

14:17 / 29-08-2015   /   baxış - 580

Odessa Şəhər Daxili İşlər İdarəsinin rəisi Oleq Makuxa 20 min dollar rüşvət alarkən yaxalanıb.

Milis rəisinin saxlanılması ilə nəticələnən əməliyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin “K” xüsusi bölümünün əməkdaşları və hərbi prokurorluğun müstəntiqləri birgə həyata keçirib. Oleq Makuxa Altestovo rayonunda, Kiyev şossesində tutulub.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, əməliyyatın baş tutmasında “Patriot” mühafizə şirkətinin rəhbəri Dmitri Kopılovun da köməyi olub.

Odessanın milis rəisinin saxlanılması barədə xəbəri baş prokurorun müavini Anatoli Matios da təsdiqləyib. O, bildirib ki, Makuxa “biznes sahəsində maraqlı qruplar arasındakı konfliktin həllinə kömək və əmlak üzərində nəzarəti təmin etmək məqsədilə” rüşvət tələb edib. Hüquq-mühafizə orqanları faktla bağlı ilkin istintaq hərəkətlərini davam etdirir.

Odessa vilayət administrasiyasının rəhbəri Mixail Saakaşvili baş vermiş hadisədən sonra şəhər milisini buraxıb, yeni heyət təşkil etmək təklifini irəli sürüb. Saakaşvili bildirib ki, o, Odessa milis barədə “mütəşəkkil kriminal struktur” fikrini səsləndirməkdə haqlı imiş.

Odessanın qubernatoru hesab edir ki, hazırkı milis heyətini buraxaraq, bu xidmətin tərkibini yenidən formalaşdırmaq lazımdır. Saakaşvili bu barədə fikirlərini facebook səhifəsində paylaşıb.

Saakaşvilinin sözlərinə görə, hazırda Odessa vilayət administrasiyası Daxili İşlər Nazirliyinin rəhbərliyilə birlikdə bütövlükdə hüquq-mühafizə sistemində korrupsiyaya qarşı mübarizə məqsədilə xüsusi qrup yaradır. Odessanın qubernatoru vurğulayıb ki, “təmizləmə” əməliyyatı və həbslər davam edəcək.

***

Ukrayna DİN-in Odessa şəhəri üzrə İdarəsinin yeni təyin edilmiş rəisi Oleq Makuxa avqustun 27-də 20 min dollar məbləğində rüşvət alan zaman saxlanılıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Prokurorluğunun məlumatına əsasən, məmur korporativ münaqişəyə qanunsuz dəstək göstərməsinə görə külli miqdarda pul tələb edib.

Qeyd edək ki, Oleq Makuxa Ukrayna DİN-in Odessa üzrə İdarəsinin rəisi vəzifəsinə iyulun 1-də Odessa vilayətinin milis idarəsinin yeni rəisi Georgi Lortkipanidze tərəfindən təyin edilib. Yeni təyinatınadək Oleq Makuxa Nikolayev vilayətində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018