Sultan Mehmet Fateh İstanbulu layiqli sahiblərinə qaytararaq işğalçılar üzərində qələbəsi ilə tarixə öz möhürünü vurdu, həm də Fateh olaraq. Xristian və rus şovinistlərinin gözü Türkiyənin və Türklərin ən gözəl şəhəri sayılan İstanbuldadır. I Pyotr Rusiyanin paytaxtinin istanbul olmasını istəyirdi. Təbii ki, bu yalniz istək olaraq qaldı. Çünki İstanbul təkcə Türkiyə vətəndaşlarının deyil, bütün Türklərin sevgili şəhəridir. Pyotrdan sonra onun özü kimi psikopat Putin işğalçılıq siyasəti yürütməyə başlatdı. Bu adam ilk vaxtlar millətlər həbsxanası olan keçmiş SSR-ni bərpa etmək xəyalını ortaya atdı, rus işğalçılığını təkrarlamaq istədi, amma edə bilmədi. Çünki artiq zaman dəyişib, Azərbaycan və Türkiyə bir-biri ilə dost deyil qardaşdır, bizlərin sevinci və kədəri birdir.
Bir baxın, Putin Suriyada dinc insanları bombalayaraq adını terrorla mücadilə qoyur. Halbuki, mahiyyəti ilə məsələyə yanaşsaq ən böyük terrorçu Rusiya özüdür. Türkiyə Suriyadan gələnlərə qucaq açdığı zaman Putin onlarin başına bomba yağdırır. Türkiyənin hədəfi insanların dinc yaşamasıdır, Rusiyanin hədəfi isə işğal və talan etmək. Bütün bunlar azmış kimi rus ayısı Türkiyə hava sərhədini pozdu və dərhal da cavabını aldı. Təbii ki, öz bayrağının rəngini şəhidlərin qanı ilə boyayan Türkiyə belə də etməli idi. Ümumiyyətlə Rusiya və Türkiyəni, Putinlə-Ərdoğanı şərlə-xeyir kimi tədbir etmək olar. Putin və onun düşüncəsində olan komandası şər, Ərdoğan və onun ölkəsi xeyir qüvvədir. Putinin indiki sayaqlaması isə İstanbulu işğal etmək olub, bu onun ən sərsəm sözüdür. İstanbul biz Türklərin sevimli şəhəridir, istər Azərbaycanın Quzeyi, istər Güneyi Türkiyənin ərazi bütövlüyünü müdafiə edəcək.
İstanbulu Fateh öz iradəsi və gücü ilə azad etdi, ora həm də İslamın dayaq nöqtəsidir. Putin başda olmaqla onunla eyni fikirdə olanlar bunu anlasın ki, İstanbul bizim kimsəyə verə bilməyəcəyimiz, uğrunda al bayrağa bürünüb son nəfəsimizə qədər döyüşəcəyimiz müqqədəs şəhərdir. Türkiyə və Azərbaycan bizim üçün eynidir. Putin Abdullah Gülün Təbrizə səfərini xatirlasın, oradakı izdiham Türkiyə sevgisinə çıxmışdı küçələrə. Türkiyə bizim güvəncimiz, fəxrimizdir,onun dostu dostumuz, düşməni düşmənimizdir. Bakının işğaldan azad olunması və Çanaqqala savaşı kimi tarixdə birlikdə döyüşdüyümüz dövrlər olub. Onlar hər an təkrar oluna bilər. Birliyimiz hər zaman var olacaq. Sonda qeyd edim ki, Türkiyə prezidenti bu gün dünyanin ən güclü siyasi lideri, Rusiya prezidenti isə məhəllə uşağı səviyyəsindədir. Türklər Krımı da geri alacaq, Rusiyanın işğalinda olan Türk tooraqlarını da.
Canımız sənə fəda Türkiyəm!
Zəka Sahib