Cənubi Sudanın üsyançı hərəkatının lideri Riek Maçar bütün tərəfdarlarını silahı yerə qoymağı və vətəndaş müharibəsini bitirməyə çağırıb.
Məlum olduğu kimi Cənubi Sudanda vətəndaş müharibəsi 20 aydır ki,davam edirdi.
Keçmiş vitse-prezident Riek Maçar sülh razılaşması çərçivəsində öz əsgərlərinə atəşi dayandırmaq əmri verib.
Öz növbəsində Cənubi Sudan prezidenti Salva Kiir bütün ordu hissələrinə üsyançı dəstələrə qarşı hərbi əməliyyatları dayandırmaq əmri verib.