BÜTÖV AZƏRBAYCAN OCAQLARI
GÜNEY AZƏRBAYCANDA MİLLİ OYANIŞIN USTADI

23:54 / 25-12-2018   /   baxış - 2103

Böyük Azərbaycan millətinin böyük oğulları çox olub. Elə tarixi dönəmlər olub ki bir kişi təkbaşına bir vətəni təmsil edə bilib. 1946-da Azərbaycan Demokrat Firqəsinin qurduğu elərki (demokratiya) xarici düşmanların qurğusu və daxili xainlərin çirkin satqınlığıyla dağıldıqdan sonra SSR-iə qaçmaq zorunda qalan Məhəmmədtağı Zehtabi orada neçə il Stalinizm tiranlığının quruduğu Siberiya da sosializmin internasionalçılıq vədələrinin həqiqi üzünü görüb böyük təcrübələr əldə edir. O bu təcrübəsini sonralar, bizcə ədəbiyyatımızın şahəsərlərindən biri olan, ŞAHİN ZƏNCİRDƏ poemasında Prometenin timsalında mükəmməlliyin zirvəsində olan epik bir poemada sərgiləyir. Bu şeirə yazdığımız ZƏNCİRLƏRİ QIRAN ŞAHİNİMİZ adlı ədəbi-tənqidi məqalədə bu poemaya görə olan düşüncələrimizi açıqlamışıq.

Hörmətli ustad Bakıda instituta qəbul olma sınağında əlaçı olur. Professorları onu həkimlik, məhəndislik və belə ixtisaslarda oxumasını təklif edir. Amma o Azərbaycan dili və ədəbiyyatını seçir. Onun böyük hədəfi vardı: “Vətənimin o tayında bu ixtisaslarda oxuyan çoxdur. Mənə lazım olan öz dilimiz və öz ədəbiyyatımızdır.”

O gənclik yaşlarından Pəhləvi rejimi və bu faşist rejimi iş üstünə gətirənlərin ayaqları altında tapdalanmış bir millətin gələcəyini düşünürdü.

Universiteti bitirdikdən sonralar İraq ölkəsinə gedib oradakı Türkman (Azərbaycanlılar) qardaşlarına kömək etmək üçün neçə il professorluq edir. 1978-də Pəhləvi rejiminin başındakıları götürlər. Pr. Zehtabi bu fürsətdə vətəninə dönüb böyük hədəfinə doğru iradəli addımlarla yürüməyə başlayır.

Onun “İran Türklərinin Əski Tarixi” adlı iki cildli əsərləri rəhmətlik Pişəvəri vaxtında başlamış milli hərəkətin yenidən canlanmasına düşüncə və inam meydanı yaradır. Eyni halda ictimai-siyasi çalışıqları sayəsində bilikli yeni milli şüurlu nəsl yaradır.

Ustadın ədəbi yaradıcılığı da böyük inam və ilham qaynağı olur. “Pərvanənin sərgüzəşti”, “Hüseyn xan Bağban poeması”, “Şahin Zəncirdə” və başqa məqalələri və Güney Azərbaycanın şəhərlərində milli çalışqanlarla ardıcıl görüşüb məsləhət vermələri bu günki milli hərəkətin qaynar bulağı olur.

Ustadın be videodakı şeiri (SU DEYİBDİR MƏNƏ ƏVVƏLDƏ ANAM,”AB” Kİ YOX) ən populyar şeirlərdən biri, dillər əzbəri olur. Ədəbi baxımdan Pr. Zehtabının Şahin Zəncirdə kitabındakı poemaları ədəbiyyatımızın zirvələrini fəth edən yaradıcılıqdır. Amma yetərlicə populyar olmamasının neçə amili var. 1. Şair bu poemaları ağır repressiya şəraitində ört-basdır bir ortamda qələmə almışdı. 2. Ustadın yaşadığı sürgünlük və qaçaqaç yaşam yolu bu gözəl ədəbiyyatı tanıtdırmağa macal verməmişdi. 3. Ustadın özü populyarlıqdan çəkinmişdi. 4. Ən əsası, ustadın yaradıcılığı klassik miflər, tarixi təcrübələr, qələmi, üslubu, üstəgəl ensiklopedik savadı onun yaradıcılığını ana dilini yazıb oxuya bilməyən Azərbaycan xalqının çoxluğunu oluşduran adi kütlənin düşünə biləcəyi səviyyəsindən qat-qat yuxarı olması daha böyük bir amil sayılır. Bu son amil özü böyük bir məqalənin bəhsidir.

Dekabrın 22-si, (Deyin 1-i) tariximizin heç unudulmayan günlərindən biri kimi yazıldı. Mövlana Hz. Nəsiminin dərisini soymağa hökm verən cəllad hakimin adını bu gün beş-on nəfər tarixçidən başqa kimsə xatırlamır. Xatırlayan da lənət yağdıracaq. Eləcə də rəhmətlik Pr. Zehtabını əbədi olaraq bəşəriyyət ürəkdən gələn sayğıyla anacaq. Ulu ustadımızın uca ruhu qarşısında baş əyirik. Yeri uçmağdır. Uca Allah qəni-qəni rəhmət eləsin!

 

BAO.AZ.  Araz ƏHMƏDOĞLU

Xoy. 22 dekabr 2018.



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019