BÜTÖV AZƏRBAYCAN OCAQLARI
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.

15:05 / 30-10-2020   /   baxış - 1084

20-30 il əvvəl avtobusda, metroda kitab oxuyan neçə insana rast gəlmək mümkün idisə, bu gün təəssüf ki, biz gənclərin əlində daha çox telefon görürük. Bu acı bir həqiqətdir. Telefona o qədər aludə omuşuq ki, hətta evdə ən yaxınlarımızla belə söhbət etməyə vaxtımız olmur. Beləcə gün-gündən həm bir -birimizdən ayrılırıq, həm zərərli vərdişlər baş alıb gedir, həm də savadsızlıq artır.

Bu problemin qarşısının alınması məqsədi ilə “TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi  qərara gəldi ki, Azərbaycanın 2 rayonunda (Oğuz və Qəbələ) və Bakı şəhərində Azərbaycanın tarixi hadisələrinə dair, tarixi şəxsiyyətlərimiz haqqında və eləcə də Qarabağ savaşına həsr olunmuş kitabların oxunması və sonra da onların müzakirəsini həyata keçirək.

Bu layihənin reallaşmasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Madəniyyət Nazirliyi bizə dəstək oldu.

26-28 oktyabr tarixlərində təşkilatın nümayəndələri Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunun Dəymədərə kəndində vətənpərvərlik mövzusunda yazılmış kitabların müzakirəsini həyata keçirildi. Qəbələ rayonunun Nic kəndində rayonun tanınmış müəllimi Əhməd Məmmədovla da görüşdük.Görüş zamanı o da gənc nəslin təlim-tərbiyəsində kitabın böyük rolu olduğunu vurğuladı.

Oktyabr ayının 27-də isə Oğuz rayonunun Dəymədərə kəndinin kitabxanasında görüş keçirildi. Görüşdə kənd kitabxanasının direktoru İzulə Abdullayeva və kitabxananın daimi üzvləri olan Güllər Sadıqova, Ülkər Qasımova, Şəbnəm və Aygün Abdullayevalar və b. iştirak edirdi. Burada Səid Qurbanın Əli və Nino əsərinin müzakirəsi aparıldı.

Qeyd edək ki, hər müzakirə zamanı vətənpərvərlik mövzusu görüşlərin əsas hədəfi idi. Müzakirələrdə gəncləri kitabxanalara cəlb etməyin yolları, eləcə də kənd kitabxanalrının vəziyyətinin daha da yenilənməsi ilə bağlı məsələlər də müzakirə olundu.  Hər rayonda kitab müzakirəsi ilə yanaşı, eyni zamanda biz tədbirdə iştirakçılara diplom və kitablar da hədiyyə etdik.

Həyata keçirilən görüşlərdə AMEA Folklor və Tarix İnstitutlarının əməkdaşları da iştirak edib.

Layihəni həyata keçirməkdə məqsədimiz daha çox insanı kitab oxumağa həvəsləndirmək, savadlı bir cəmiyyətin inkişafına nail olmaqdır. Eyni zamanda biz insanları mütaliə etməyə daha çox həvəsləndirmək üçün bukletlər çap edərək, onları gənc nəslin, gənc valideynlərin arasında yayırıq. Çox kitab oxuyan insan zəngin söz ehtiyatına sahib olur. Bunun nəticəsində o, gözəl nitq qabiliyyəti qazanır. Ən əsası mütaliə - ən təsirli tərbiyə vasitəsidir. Hazırlanmış bukletlərdə mütaliənin əhəmiyyəti, uşaqları mütaliəyə cəlb etməyin yolları haqqında da tövsiyələr verilir.

Sonda Azərbaycan tarixinin bu şərəfli günlərində xalqımızı təmkinli olaraq, Dövlətimizin ətrafında bir yumruq kimi birləşməyə çağırırıq. Yaşasın Azərbaycan!  Qarabağ Azərbaycandır!



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019
GÜNEY AZƏRBAYCANDA MİLLİ OYANIŞIN USTADI
23:54 / 25-12-2018