BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir

22:55 / 20-04-2022   /   baxış - 1219
 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi 2022-ci
ilin fevral ayından etibarən “Milli mənəviyyatımızın işığı olan "Dastan
gecələri"nin bərpası və təbliği” adlı layihənin icrasına başlayıb.
Türk xalqlarının folklorunda ən aparıcı janrlardan biri dastanlardır.
Avroasiya məkanında geniş yayılmış dastanlar qəhrəmanlıq mübarizəsini,
vətənə, torpağa bağlılığı, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyi,
ülvi duyğuları özündə əks etdirir. Qədim köklərə bağlı dastançılıq ənənəsi bu
gün də yaşayır və aşıqlarımız tərəfindən yeni dastanlar yaradılır.
İrihəcmli janr olması ilə seçilən dastanlar quruluş etibarilə Avropa
romanlarını xatırladır. Orada da əsasən qəhrəmanın həyat hekayəsi geniş yer
tutur. Dövrün hadisələri burada mifoloji təsəvvürlərlə çulğalaşmış şəkildə
təzahür etdiyi üçün dastanlar həm də millətin sözlü tarixidir, onun keçmişinin,
mədəniyyətinin öyrənilməsində əvəzsiz rol oynayır.
 
Bütün bunları nəzərə alaraq, təşkilat Azərbaycanda dastançılıq
ənənəsinin qorunub saxlanması və inkişafı istiqamətində apardığı tədbirlər
çərçivəsində 19 aprel 2022-ci ildə “Dastanlarda milli-mənəvi dəyərlərimiz”
mövzusunda Konfrans keçirmişdir. AMEA Folklor İnstitutunda keçirilən
konfransa Şəkidən, Gəncədən, Qobustandan və d. elmi-yaradıcılıq
müəssisələrindən tədqiqatçılar qatılmışdır.
 
Konfransı çıxış sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru,
“Folklorçular” İB-nin sədri akademik Muxtar İmanov bildirdi ki, Azərbaycan
dünyada ən zəngin folklora sahib ölkələrdəndir. Folklorumuzun mühüm bir
sahəsini təşkil edən dastanlarımız öyrənilib tədqiq olunsa da, onların bir çoxu
aşıqların ifasında lentə alınmayıb. Müasir dövrdə gənc aşıqlar arasında dastançı
aşıq ənənəsi aradan qalxır. Akademik dastanlarda bir xalqın folklorunun,
 
tarixinin yatdığını bildirərək, bu sahənin inkişafının vacibliyindən danışdı.
Bununla bağlı istər “Dastan gecələri”nin keçirilməsi olsun, istər aşıqların
ifasında dastanların studiyalarda yazılıb saxlanması olsun bunların çox vacib
və əhəmiyyətli tədbirlər olduğunu bildirdi. Gələcəkdə bu dastançılığın inkişafı
üçün çox şəraitin yaranması, belə tədbirlərin keçirilməsinin vacibliyini
bildirərək konfrans iştirakçılarına uğur dilədi.
 
Növbəti çıxış AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi
işçisi fil.ü.f.d., dosent İlhamə Qəsəbova tərəfindən oldu. İlhamə xanım “dastan
gecələri”nin ənənələrindən, ustad dastan aşıqlarından, ustad – şagird
münasibətlərindən, dastan söyləyən aşıqların yaradıcılığı və müasir dövrdəki
dantançılıq ənənələrindən danışdı. İlhamə xanım çıxışının sonunda şifahi xalq
ədəbiyyatının həcmcə ən böyük növü olan dastanların mütləq şəkildə
qorunması və gənc saz ifaçılarına bu sənətin incəliklərinin aşılanmasının
vacibliyindən danışdı. Konfransa 30 yaxın məqalə göndərilsə də onlardan 14
məqalə bəyənilərək qəbul edilmişdir. Konfrans iştirakçıları daha şox “Manas”,
“Kitabi-Dədə Qorqud”, “Koroğlu” və d. Dastanlarına müraciət edilmişdir.
Konfransda 313 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Ruhani və naxçıvani
havalarını ifa etmişdir. Konfransın davamı kimi aprel ayının 27, 28, 29-da
Borçalıdan gələn aşıqların ifasında “Dastan gecələri” keçirilməsi planlaşdırılır.
 
FOTOLAR:
 
BAO.AZ.
19.04.2022.


Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019
GÜNEY AZƏRBAYCANDA MİLLİ OYANIŞIN USTADI
23:54 / 25-12-2018